header

 Sepah terrorçularla qarşıdurmanın detallarını açıqladı

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın quru qoşunları komandanı bu qüvvələrin iranın qərbində İŞİD terror qruplaşması üzvləri ilə toqquşmasının detallarını açıqlayıb.

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın quru qoşunları komandanı general-mayor Məhəmməd Pakpur şənbə gecə İranın 2-ci televiziyasının verilişində bu qoşunların Nəcəf Qərargahı qüvvələrinin İranın qərbində İŞİD təkfirçi terror qruplaşmasının terror dəstəsi ilə toqquşması haqda deyib: Bu əməliyyatda 16 terrorçu saxlanıldı, bir neçə nəfər də öldürüldü. 

General Pakpur bu əməliyyatda İslam İnqilabı Keşikçilər Korpusu Sepahın quru qoşunlarının Nəcəf Qərargahı qüvvələrindən üç nəfərin şəhid olduğunu bildirərək əlavə edib: Terrorçular İranın müxtəlif şəhərlərində aktlar törətmək niyyətində idilər. 

Bundan öncə də İslam İnqilabı Keşikçilər Korpusu Sepahın quru qoşunları Nəcəf Qərargahının ictimai əlaqələr şöbəsi bir bəyanatda bildirib: İslam İnqilabı Keşikçilər Korpusu Sepahın quru qoşunları dəqiq məlumatlar əsasında Nəcəf Qərargahı qüvvələri qərb istiqamətdən İran İslam Respublikası ərazisinə daxil olan İŞİD terror qruplaşmasının 21 nəfərlik terror dəstəsini təqibə götürüb və nəhayət şənbə günü səhər onlarla toqquşublar. 

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın quru qoşunları komandanı bu qüvvələrin iranın qərbində İŞİD terror qruplaşması üzvləri ilə toqquşmasının detallarını açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-28-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap