Netanyahu: İranla qarşılaşmağa davam edəcəyik
Posted on : iran 01/25/2018
Sionist rejimin baş nazri İsveçrədə keçirilən Davus iclasının kənarında İranın Suriyada hərbi baza yaratmasına imkan verməyəcəyini deyib.
Taym av İsrail qəzetinin internet portalının verdiyi məlumata görə, Netanyahu Davusda bəzi ölkələrin başçıları ilə görüşündə İranla qarşılaşmağa davam edəcəyini vurğulayıb.
Sionist rejimin baş naziri bəzi ölkə rəhbərləri ilə görüşlərində İranla nüvə razılaşması mövzusu barədə müzakirələr aparıb. O həmçinin ölkələrin rəhbərlərini ABŞ prezidenti Donald Trampın Qüds barədəki qərarından sonra yaranmış fürsətdən faydalanmağa çağırıb.
Netanyahu deyib ki, o İranın Suriyada hərbi fəaliyyətinə imkan verməyəcək. " İsrail bunun qarşısını almağa səy göstərir" - deyə Netanyahu bildirib.