header

 İlham Əliyev: Azərbaycanda media azadlığının olmamasına dair tənqidlər əsassızdır

Azərbaycan Respublikası prezidenti ölkədə media azadlığının olmamasına dair tənqidləri əsassız hesab edib.

APA-nın verdyi məlumata görə, Beynəlxalq İqtisadiyyat Forumunda iştirak etmək üçün Davosa səfər edən Azərbaycan Respublikası prezidenti İlham Əliyev "Avrasiyanın Strateji Baxışları" adlı dəyirmi masada deyib: Azərbaycanda media azadlığını tənqid etmək üçün heç bir əsas yoxdur.

İlham Əliyev deyib: Azərbaycanda media azadlığının olmaması ilə bağlı tənqidlər son dərəcə ədalətsiz bir baxış üzərində formalaşıb və bəzi Qərb dairələri tərəfindən bu baxışa rəvac verilir.

Azərbaycan prezidenti daha sonra deyib: Azərbaycanda bütün azadlıqlar təmin edilib. Bu, media azadlığına da aiddir.

Qərb dairələri media azadlığından müstəqil ölkələrə qarşı bir təzyiq vasitəsi kimi istifadə edirlər. Və elə bu çərçivədə daim Azərbaycanı media azadlığına malik olmayan ölkə kimi qələmə verməyə çalışırlar.

Azərbaycan Respublikası prezidenti ölkədə media azadlığının olmamasına dair tənqidləri əsassız hesab edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap