header

 İran ABŞ-ın vitse-prezidentinin ittihamlarını yanlış və qərəzli adlandırdı

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran xalqı on illər boyunca ABŞ ilə dostluğun acısını onun zülm ilə yanaşı olan ədalətsiz rəftarlarında müşahidə edib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens bazar günü İordaniyada, bu ölkənin Suriya ilə sərhəd mətnqədə yerləşən hərbi bazalarından birində amerikalı hərbçilər qarşısında etdiyi çıxışında deyib: İran Yaxın Şərqdə öz nüfuzunu artırmaq və regionun üstün gücünə çevrilmək niyyətindədir. Bununla da ABŞ-ın regiondakı müttəfiqlərinə qarşı bir təhdidə çevrilmək istəyir.

Mayk Pens həmçinin deyib: Amerika İranın öz hərbi nüvə proqramını izləməsinə icazə verməyəcək.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi çərşənbə günü ABŞ-ın vitse-prezidentinin əsassız və qərəzli ittihamlarına cavab olaraq deyib: ABŞ-ın vitse-prezidentinin öz çıxışında  hiyləgərcəsinə istifadə etdiyi yağlı və aldadıcı ifadələrin əksinə, İran İslam Respublikası heç vaxt nüvə silahları ardınca olmayıb və İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşması Amerikalıların ötən illərdə davamlı olaraq yalan danışmaqla məşğul olduğunu bütün ölkələr və dünyanın ümumi fikri üçün ifşa etmiş olub.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: Bu amerikalı rəsmi indiyə kimi başa düşməli idi ki, İranın terrorizm ilə mübarizədə Suriya və İraq xalqları və dövlətlərinin kənarında yer alması regiondan kənar bəzi qüdrətlərin və onların regiondakı müttəfiqlərinin region xalqları və ölkələri üçün nəzərdə tutduqları ssenariləri terrorçulardan istifadə edərək gerçəkləşdirmə planları önündə düran əsas maneədir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: ABŞ rəsmilərinin Yaxın Şərqdə və Fars körfəzi məntəqəsində süni böhranlar yaratmaq və yalançı təhdidlər formalaşdırmaq üzrə davamlı və əlbbətdə uğursuz səyləri regionda gərginliyin davamlı olması məqsədini daşıyır. Onlar bu yolla sionist rejimin maraqlarını qorumaq və İslam ölkələri arasında birlik və həmrəyliyə mane olmaq istəyirlər. Bütün bunlar onların özlərinin qeyri-qanuni iqtisadi maraqlarını təmin etmək və region ölkələrinə silah satmaqla külli miqdarda gəlir qazanmaq üçündür.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran xalqı on illər boyunca ABŞ ilə dostluğun acısını onun zülm ilə yanaşı olan ədalətsiz rəftarlarında müşahidə edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap