header

 ZEYNƏB – SƏMAVİ AD

Xanım Zeynəbin (s) təvəllüdündə nə üçün həzrət Peyğəmbər (s) ağladı?

“Zeynəb” atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan xanım Zeynəb (s.ə.) öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri olur. Onun adqoyma mərasimi haqda tarixdə belə göstərilir:

Xanım Zeynəbin (s.ə.) təvəllüdü zamanı Peyğəmbəri-Əkrəm (s) səfərdə olduğundan xanım Fatimeyi-Zəhra (s.ə.) imam Əlidən (ə) istəyir ki, uşağa ad qoysun. İmam Əli (ə) buyurur: “Mən atan Peyğəmbərdən qabağa keçmərəm. Səbir edək Peyğəmbər (s) səfərdən gəlsin və hansı adı məsləhət bilsə, o adı da uşağa qoysun.”

Peyğəmbər (s) üç gündən sonra səfərdən qayıdır. İmam Əli (ə) xanım Zəhranın uşağı olması xəbərini Peyğəmbərə (s) çatdırıb, ondan uşağa ad qoymasını xahiş edir. Peyğəmbər (s) buyurur: “Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərar vermək və onlara ad seçmək yalnız Allaha məxsusdur.”

Ondan sonra vəhy mələyi Cəbrail-Əmin nazil olub deyir: “Ey Allahın Rəsulu! Allah sənə salam yetirib buyurur: Bu qızın adını Zeynəb qoy! Çünki Mən bu adı “Lövhi-Məhfuz”da yazmışam.”

Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpüb buyurur: “Ümmətimə tövsiyə edirəm ki, bu qıza hörmət etsin. Çünki, o, Xədiceyi-Kubraya bənzəyir.” (“Xəsaisuz-Zeynəbiyyə”, səh.55.)

Yəni xanım Xədiceyi-Kubranın (s.ə.) İslamda fədakarlıqları kimi, xanım Zeynəbi-Kubranın da İslam yolunda dözümlülüyü, şücaət və mübarizəsi bu dinin əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

Nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s) uşağı qucağına aldıqdan sonra üzünü onun üzünə qoyub ağlamağa başlayır. Xanım Fatimeyi-Zəhra (s.ə.) atası Peyğəmbərdən (s) ağlamasının səbəbini soruşduqda, Peyğəmbər (s) buyurur: “Qızım Fatimə! Bil ki, məndən və səndən sonra bu qız müxtəlif ağır bəla və müsibətlərə düçar olacaq.” Xanım Fatimeyi-Zəhra (s.ə.) da ağlayaraq soruşur: “Atacan! Ona və onun başına gələcək müsibətlərə görə ağlayanın savabı nədir?” Həzrət buyurur: “Ey ciyərparəm və gözümün nuru! Ona və onun müsibətlərinə ağlayan hər bir kəsin savabı onun iki qardaşına (Həsən və Hüseynə) ağlayanın savabı kimidir!” (“Xəsaisuz-Zeynəbiyyə”, səh.53.)

(Maide.Az)

Xanım Zeynəbin (s) təvəllüdündə nə üçün həzrət Peyğəmbər (s) ağladı?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap