header

 Səud rejimi məhbus şahzadələrdən 100 milyard dollar bac almaq niyyətindədir

Ərəbistanın baş prokuroru deyir ki, ehtimal üzrə bu ölkənin başçıları korrupsiya şübhəliləri ilə maliyyə hesablaşmaları məqsədilə əldə olunmuş razılaşmalar zamanı yüz milyard dollardan çox pul əldə edəcəklər.

Ərəbistan vəliəhdi Muhəmməd bin Salman son zamanlar korrupsiya ilə mübarizə bəhanəsilə bir qrup şahzadəni həbs edib. Qərb mənbələri bununla bağlı deyirlər ki, Ərəbistanın kəskin büdcə çatışmazlığına görə, bin Salman həbs olunmuş onlarla şahzadənin sərvətinin üçdə iki hissəsini onlardan almaq və sonra onları azad etmək niyyətindədir.

Ərəbistanın baş prokuroru Səud Əlmuəccəb dünən korrupsiya müttəhimləri ilə müzakirələrə yanvarın otuzunadək son qoyulacağını bildirərək, deyib: Səud rəsmilərilə razılaşmayan şahzadələr prokurorluğa təhvli veriləcəklər.

Əlmuəccəb bildrib ki, şahzadələrin 95 nəfəri hələ də "Ritz Karlton" otelində həbsdədir. Onların beş nəfəri isə onlara qarşı ittihamların araşdırılması üstündə saziş təkliflərini nəzərdən keçirir. O, əlavə edib: Digər müttəhimlərin ödənişləri nağd pul, mülk, əmlak və digər mənbələr formasında olacaqdır.

Həbs olunmuş şahzadələrin hesablarından götürülmüş milyardlıq maliyyə dövlət xəzinəsi yerinə, səud vəliəhdi Muhəmməd bin Salmanın nəzarəti altında olan krallıq məhkəməsinin hesabına köçülübdür. Bu da onun tərəfindən irəli sürülmüş korrupsiya ilə mübarizə iddiasının bin Salmanın öz rəqiblərini aradan götürmək izrə təkcə zahiri bir hərəkət olduğunu göstərir.

Ərəbistanın baş prokuroru deyir ki, ehtimal üzrə bu ölkənin başçıları korrupsiya şübhəliləri ilə maliyyə hesablaşmaları məqsədilə əldə olunmuş razılaşmalar zamanı yüz milyard dollardan çox pul əldə edəcəklər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap