header

 İrandan Türkiyəyə Afrin mesajı: Dərhal dayandırılsın!

İranın XİN rəsmisi Türkiyənin Suriyanın şimalında əməliyyatla bağlı danışıb.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi bildirib ki, Türkiyənin Suriyanın Afrin şəhərində keçirdiyi hərbi əməliyyatı dərhal dayandırması lazımdır.

"İran, hazırda Suriyanın Afrin şəhərində baş verən hadisələri diqqətlə izləyir və ümid edir ki, əməliyyat dərhal dayandırılacaq.", - deyə Qasemi qeyd edib.

"Afrindəki böhranın davam etməsi Suriyanın şimalındakı təkfirçi terrorçu qruplaşmaların aktivləşməsinə səbəb ola bilər və bu ölkədəki müharibə və dağıntılar alovunu şiddətləndirə bilər.", - deyə o əlavə edib.

Bundan başqa, iranlı rəsmi "Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasının və ölkənin müstəqilliyinə hörmətlə yanaşılmasının zəruriliyini" qeyd edib. O həmçinin Türkiyəni Suriya böhranın həllində siyasi yola əl atmağa səsləyib.

İranın XİN rəsmisi Türkiyənin Suriyanın şimalında əməliyyatla bağlı danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap