header

 Şimal-Qərb Bölgələrinin Tələbə Bəsicinin 19 Yanvar münasibətilə Bəyanatı-Azərbaycan dövləti xalqın dini hislərini gücləndirməklə sionist rejimi ilə mübarizə etsin

Ölkəmizin azərilər yaşayan bölgələrinin Tələbə Bəsici 19 Yanvar münasibətilə bəyanat yayaraq, bu mühüm günü uca tutmaqla yanaşı, Azərbaycan Respublikası dövlətindən istəyib ki, xalqın dini hislərini gücləndirməklə sionist rejimi ilə mübarizəyə qalxsın.

Ölkəmizin azərilər yaşayan bölgələrinin Tələbə Bəsici 19 Yanvar münasibətilə bəyanat yaymaqla yanaşı, Azərbaycan dövlətinin bu ölkənin şiələrini zəifləndirməsi istiqamətindəki hərəkətlərini və islamçılara qarşı mübarizəsini pisləyib və dövlətdən istəyib ki, öz xalqının pak dini hislərini gücləndirməklə, İslam dünyasının həqiqi düşməni olan və Qüdsü işğal edən sionist rejimlə mübarizəyə qalxsın.

Bəyanatda deyilir: “Azərbaycan Respublikasının müsəlmanları 50 ildən çox dinsiz, kommunist, Allaha inanmayan, hər bir dini fəaliyyətlərə qarşı çıxan anti-din sovet hökumətinin əsarəti altında yaşadı. 1990-cı il 19 yanvarda Azərbaycan Respublikası xalqı ayağa qalxaraq soyuq və kəsici bir qış günündə Araz çayının sahilinə toplaşdı, “Allahu Əkbər” və “La ilahə illəllah” kimi tövhid şüarları səsləndirdi, tikanlı məftillərdən, sərhəd maneələrindən və Arazın buz kimi soyuq suyundan keçərək İrana ayaq basdı. Onlar İranın müqəddəs torpağını öpərək şükür səcdəsi etdilər, məscidlərə tərəf axışdılar, Quran və İmam Hüseyn (ə) bayraqlarını götürüb sinələrinə qoydular.”

Bəyanatın digər hissəsində deyilir: “Müsəlman azərilərin bu hərəkəti onların öz əslinə, ürəklərinin dərinliklərində gizlənmiş dini inanclarınına qayıtmasını göstərirdi, Azərbaycan xalqının öz həqiqi kimliyinə, kommunist hökuməti tərəfindən repressiyaya məruz qalmış dini mədəniyyətinə qayıdışını və bu yolda şücaətini nümayiş etdirirdi. Əlbəttə, onların öz kimliklərinə qayıtmaq üçün göstərdiyi qəhrəmanlıq kommunistlər tərəfindən cavabsız qalmadı, 20 yanvarda kommunistlərin ordusu Bakının məzlum və müdafiəsiz əhalisinə hücum edərək onlardan ağır intiqam aldı. Lakin bu böyük hadisə həmişəlik olaraq tarixdə “Dünya Müsəlman Azəriləri Günü” kimi Azərbaycanın müsəlman xalqının iftixar sənədi olaraq qeyd olundu.

Bu hadisədən bir il sonra kommunist hökuməti tarixin zibil qutusuna düşdü, SSRİ parçalandı. Lakin çox çəkmədi ki, kommunist rejimin zülm caynağından xilas olmuş xalq, düşmənin yeni bir məkrli hiyləsi ilə Qarabağ müharibəsinə düçar oldu, İslam yurdunun bir parçası işğal altına düşdü.”

Şimal-Qərb Bölgələrinin Tələbə Bəsicinin bəyanatının davamında deyilir: “Dünyanın ikinci böyük şiə ölkəsi olan Azərbaycan Respublikası bu günləri imperializmin və sionist rejimin anti-İslam və anti-şiə siyasətlərini izləyir, öz torpaqlarını işğal edənlərlə mübarizə aparmaq üçün azəri müsəlmanların hüseynçi və dini hisslərindən və potensiallarından istifadə etmək əvəzinə, bu ölkədə islamçılarla mübarizəyə qalxmşdır.”

Bəyanatda Azərbaycan Respublikasının böyük xalqının və müsəlmanlarının öz dini vəzifələrini yerinə yetirməsi haqqının olduğuna təkid edilərək deyilir: “İran  və Azərbaycan Respublikası xalqlarının ortaq dərin dini inancları, tarixi və mədəni bağlılıqları bu iki xalqı dünya imperializmi və beynəlxalq sioniszm kimi iki ortaq düşmənə qarşı birləşdirir.”

Bəyanatın sonunda deyilir: “Azərbaycan Respublikası Milli Məclisinin bəzi deputatlarının İran xalqı və dövləti əleyhinə düşünülmədən deyilmiş sözləri, bəzi muzdur medialarının İran İslam Respublikasının müqəddəs sisteminə qarşı zəhərli təbliğatları, beynəlxalq qayda-qanunlara zidd olmaqdan əlavə, iki müsəlman ölkəsinin yaxşı qonşuluq və həmrəylik siyasətindən də uzaqdır. Sözsüz ki, İran xalqı və dövləti İranın bəzi şəhərlərində baş vermiş iğtişaşlar zamanı Azərbaycan dövlətinə bağlı bir sıra mediaların ölkəmizə qarşı təhrik xarakterli təbliğat aparmalarını və şayiə yaymalarını unutmayacaq.”

Ölkəmizin azərilər yaşayan bölgələrinin Tələbə Bəsici 19 Yanvar münasibətilə bəyanat yayaraq, bu mühüm günü uca tutmaqla yanaşı, Azərbaycan Respublikası dövlətindən istəyib ki, xalqın dini hislərini gücləndirməklə sionist rejimi ilə mübarizəyə qalxsın.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-20-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap