header

 20 Yanvar marksizmin aşkar məğlubiyyəti idi!

Dünya xalqlarının tarixi milli kimliyə çatmaq uğrunda mübarizələrlə zəngindir. Uzun mübarizə yolu sonda xalqların siyasi hakimiyyətlər üzərində qələbəsi ilə başa çatır.

1917-ci ildə Oktyabr inqilabında marksist düşüncəli bolşeviklər çarizm, Romanovlar sülələsini süquta uğratdılar. Vladimir İliç Leninin başçılığı altında Sosial-Demokrat Fəhlə Partiyası qələbə qazandı.

Kommunistlərin siyasi hakimiyyəti Sovet Sosialist Respublikaları İttifaqının qurulması ilə başladı. Yeni hökumətin ilk işi xalqın dini inancını onun əlindən alması oldu. 19-cu əsrdə Qacar şahlarının bacarıqsızlığı səbəbindən rüsvayçı Gülüstan və sonra Türkmənçay müqavilələri əsasında Araz sahili boyu (Aran, Qafqaz, Şirvan) İrandan ayrıldı.

Sovetlər Birliyinin süqutunun əsil səbəblərindən biri bu quruluşun humanizm və materializmdən qaynaqlanan, insan   fitrətinə zidd olan marksizm və kommunizm ideologiyalarına bağlılığı oldu. İlahi qanunlara müxalif belə bir quruluş məhvə məhkum idi. Bu ideologiyalar nəhayət Sovetlər Birliyini böhranla üzləşdirdi. Kommunist məktəbi ilahi varlığı inkar edib insana yalnız maddi baxımdan yanaşmaqla, ictimai və iqtisadi münasibətləri diktatura üzərində qurmaqla özünü məhvə sürüklədi.

Sovet cəmiyyətinə hakim diktatura və zorakılıq, ölkə başçılarının anti-bəşəri cinayətləri, bir nümunə olaraq Stalinin insanlara ictimai-siyasi meydanı daraltması, fərqli zorakı siyasətlər nəticəsində milyonlarla günahsız insan vəhşililə qətlə yetirildi. Bütün bunlar hakim rejimə qarşı nifrət  və inamsızlıq yaradırdı.

Din və mənəvi dəyərlərlə ardıcıl mübarizə böyük böhranlar yaratdı. Kommunist Partiyası və sosialist ideologiyasının bu böhranları aradan qaldırmaq gücü yox idi.

Mixail Qorbaçovun son dövlət başçısı olaraq hakimiyyətə gəlişi və yenidənqurma layihəsini ortaya atması ilə partiya yeni problemlərlə üzləşdi. Milli qarşıdurmalar gücləndi. Kommunist Partiyasının 70 illik hakimiyyəti sovet respublikalarında güclü böhran yaratmışdı.

Kommunist Partiyasının zəifləməsi ilə Azərbaycanın Qarabağ ərazisində ermənilər Dağlıq Qarabağ muxtar vilayətinə müstəqillik tələbi ilə  ayağa qalxdılar.

1988-ci ildə Qarabağda müharibənin başlaması ilə  Sovetlər Birliyində ictimai-siyasi, hərbi böhran digər respublikalara sirayət etdi. Sosialist Azərbaycan respublikası da böhran yaşayan respublikalardan biri idi.

Mərkəzi hakimiyyətin səiflədiyini görən Bakı müsəlmanları 1999-cu ilin yanvar ayında İran İslam Respublikasının sərhədlərinə üz tutdular. Onlar İrana qatılmaq tələbi ilə çıxış edirldilər. Kreml (Moskva) 20 yanvar sebh vaxtı Bakıya tanklar yeridərək etiraz aksiyalarını amansızlıqla yatırmağa başladı. Bu Kommunist Partiyasının Bakı əhalisinə qarşı tarixi bir cinayət idi. 20 yanvarda Bakıya misli görünməmiş amansız hücum, ölkə başçılarının günahsız xalqa qarşı dəhşətli cinayəti heç bir siyasi əxlaq, beynəlxalq qanunla uğğyn gəlməyən cinayət idi. Bakı və digər məntəqələrə hərbi təcavüz edən başçıların əvvəlcədən nəzərdə tutulmuş məqsədləri vardı:

-xalqın mübarizə əzmini qırmaq, onları qorxutmaq;

-qeyri-qanuni fövqəladə vəziyyət elan etmək;

-hərbi vəziyyət elan etməklə  Azərbaycan xalqının təcavüzkarlara və ermənilər qarşı müqavimətini qırmaq;

-fövqəladə vəziyyət şəraitində prlament seçkiləri keçirib, xəyanətkar məclis yaratmaq;

-siyasi prosesləri siyasi qüvvələrin silahlanması istiqamətində yönəldib, ölkədə hərc-mərclik yaratmaq…

Bu faciəli hadisə müsəlman Azərbaycan xalqına qarşı hərbi cinayət kimi dəyərləndirildi, bu xalqın ana İrana qatılmaqla milli kimliyini əldə etmək istəyi kimi qiymətləndirildi. 20 Yanvar xalqın mübarizə tarixində iz qoydu.

 20 Yanvar hadisələri Sovet  İmperiyasının süqutunu sürətləndirdi. Hərbi cinayət kimi tarixə düşən 20 Yanvar hadisəsi Sovetlər Birliyinin iç üzünü açdı. Bakı əhalisinin qırğını saxta kommuizm ideologiyasını ölümə sürüklədi. 20 Yanvar faciəsi Azərbaycan xalqına azadlıq gətirdi, Qafqazda müstəqil dövlət yaranması ilə nəticələndi.

Leyla Hüseynian

Mişkin şəhəri Peyami-Nur Universitetinin elmi şura üzvü

Dünya xalqlarının tarixi milli kimliyə çatmaq uğrunda mübarizələrlə zəngindir. Uzun mübarizə yolu sonda xalqların siyasi hakimiyyətlər üzərində qələbəsi ilə başa çatır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-20-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap