header

 “Fatiməyi-Zəhra (s.ə.)” məscidi polislər tərəfindən mühasirəyə alınıb – Fotolar

“Fatiməyi-Zəhra (s.ə.)” məscidi polislər tərəfindən mühasirəyə alınıb – Fotolar

Hədəf14.az xəbər verir ki, Bakıda Yeni Günəşli qəsəbəsindəki “Fatiməyi-Zəhra (s.ə.)” məscidiylə bağlı xoşagəlməz məlumatlar yayılıb. Dindarların dediklərinə görə, ötən gecə məscidin həyətinə tikinti materialları gətirilib. İddialara görə, tikinti materialları məscidin bir hissəsini zəbt etmək üçün istifadə olunacaq. Hazırda hadisə yerinə ezam olunmuş əməkdaşımız adıçəkilən ərazidə xeyli sayda dindar və polisin olduğunu bildirir. Bu saatlara qədər qədər tərəflər arasında heç bir insident qeydə alınmayəb.

Eyni zamanda hələki mövzuyla bağlı heç bir rəsmi açıqlama verilməsə də, inanclı kəsim son vəziyyətdən narahat lduqlarını dilə gətirilər.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki “Fatiməyi-Zəhra (s.ə.)” məscidinin sökülməsi ilə bağlı qərar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəminin 29 dekabr 2010-cu il tarixli qərarına əsasən məscid QMİ-nin sərəncamına verilmiş, daha əvvəlki bədnam sökülmə qərarı ləğv edilmişdir.

Məsələni diqqətdə saxlayacayıq.

***13:50

Son məlumatlara görə, məscidin həyətinə boşaldılan daş və qum dindarlar tərəfindən təmizlənilib.

Xatun Etibarqızı

 


“Fatiməyi-Zəhra (s.ə.)” məscidi polislər tərəfindən mühasirəyə alınıb – Fotolar
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-20-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap