header

 General Soleymani: Müqəddəs müdafiə dövrünün döyüşçüləri müqavimət cəbhəsinin meyarlarıdırlar

Sepah-ın Qüds qüvvələrinin komandanı deyib: Müqəddəs müdafiə döyüşçüləri meyar idilər və müqavimət cəbhəsinin region səviyyəsində yayıldığı indiki dövrdə müqavimət cəbhəsi döyüşçüləri üçün meyar olmaqda davam edirlər.

General-mayor pasdar Qasem Soleymani bildirib ki, dünya xalqları şiəliyin və İran xalqının övladlarının təkfirçi cərəyan qarşısındakı qələbəsinə borcludurlar. O, deyib: Müqəddəs müdafiə dövrünün və bugünkü hərəm müdafiəsinin şəhidləri İslam, şiəlik, İran İslam Respublikası quruluşu, İran xalqı və hətta dünya üçün böyük qələbələri müjdə gətiriblər.

Sepah-ın Qüds qüvvələrinin komandanı hərəm müdafiəçilərinin haqqın nahaqqa qarşı cəbhələrindəki şücaət və fədakarlıqlarına işarə edərək deyib: Bu gün düşmənlərin bir çox fitnələri İslam İnqilabının Böyük Rəhbərinin müdrik rəhbərliyi sayəsində uğursuz qalıb və müqavimət cəbhəsi daha da genişlənibdir.

General-mayor pasdar Qasem Soleymani Fələstin xalqına dəstək və sionist rejimlə mübarizəni İranın dini və inqilabi vəzifəsi adlandırıb və bildirib ki, müqavimət mehvərinin Suriya cəbhəsindəki qələbəsi fitnəinn miqyası və bu fitnənin arxasında duran kəslər baxımından heç bir hadisə ilə müqayisə ediləsi deyildir.

Sepah-ın Qüds qüvvələrinin komandanı deyib: Müqəddəs müdafiə döyüşçüləri meyar idilər və müqavimət cəbhəsinin region səviyyəsində yayıldığı indiki dövrdə müqavimət cəbhəsi döyüşçüləri üçün meyar olmaqda davam edirlər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap