header

 Təbrizdə müsəlman azərilərin dördüncü ixtisas iclası keçirilib

Təbrizdə müsəlman azərilərin dördüncü "ixtisas və hazırkı dövrdə vəhdət yaradan vəzifəsi" adlı iclas keçirilib.

"Allahu Əkbər və La İlahə İlləllah" nidası 28 il bundan öncə İranın ən şimal sıfır nöqtəsində, Biləsuvar sərhədindən Naxçıvanadək elə bir eşqdən söhbət edirdi ki, SSRİ hökuməti onun qarşısında heç bir qüdrət və qarşılaşma bacarığına malik deyildi. Bu gün, İran, İslam və Azərbaycan Respublikasının tarixində bir dönüş nöqtəsidir. Bu gündə 19 yanvar hadisəsi formalaşdı və Azərbaycan Respublikasının mömin xalqı SSRİ dövlətindəki parçalanmaları dərin şəkildə dərk edərək, İran sərhədlərini öz oyaq qəlbi üçün əmin-aman sığınacaq kimi seçdi.

Sakit, lakin coşqun Araz çayı kommunist dövlətin məhvinə tamaşa edirdi və Əhli-Beyt(ə) və Quran sevərlərdən böyük bir dalğa yəqinliklə əsl Məhəmməd(s.ə.s.) İslamı yolu ilə gedib, sosialist rejimi hökmranlığının yetmişillik əsirliyindən azad olaraq, İranın pak torpağını öpürdü.

Həmin gün səhər saat onda rus qüvvələr izdihamın şiddətindən kənar keçdilər. İnsanlar birdən tikanlı məftilləri götürdülər və qışın soyuğunda özlərini suya vuraraq, İran torpağına daxil oldular. Sanki böyük bir qoşun İrana daxil oldu və Sovet dövləti tamamilə özünü itirmiş və qızıl ordu bütövlüklə öz təmərküzü və müvazinətini itirmişdi.

Və həmin gün "Dünyanın müsəlman azərilərinin günü" adlandırıldı və kommunizmin qaranlıq təfəkkür zəncirləri halqası Azərbaycanın dərrakəli müsəlmanları tərəfindən qırıldı ki, məscidlər və dini məkanlar elə azad insanları qarşılamış olsun ki, İmam Hüseyn(ə) bayrağı və Quran onların gözlərini işıqlandırmış olsun.

Hərçənd yanvarın 20-də Sovet İttifaqı kommunist partiyasının rəhbəri Qorbaçovun göstərişilə sabiq SSRİ-nin hərbi qüvvələri Bakıya hücum edərək, Bakının məzlum və müdafiəsiz əhalisinə atəş açdılar və 135 nəfəri şəhid edib, 700 nəfərdən çox insanı yaraladılar. Amma tarix şahiddir ki, siyasi böhranların həlli üçün tanka, hərbi qüvvəyə və zorakılığa əl atan hər bir hökumət və rejimin sonu, süqut və məhvdən başqa bir şey olmayacaq və SSRİ-nin 1991-ci ildə süqut etməsi bu müddəaya bariz bir nümunədir.

Hamımız yaxşı bilirik ki, İslam və amal mahiyyətinin bərpası dünyanın azadlıqsevər insanlarının vücudundadır və Azərbaycan Respublikasının başçıları bilməlidirlər ki, islamofobiya yaratmaq, şiə ilə sünni arasında təfriqə salmaq və dini tədricən aradan götürmək hədəfini güdən Amerikanın və sionist rejimin siyasətlərinin ardınca getməkdən boyun qaçıraraq, Azərbaycan Respublikası şiələrinə qarşı cəza tədbirlərindən son dərəcə çəkilməlidirlər.

Şübhəsiz, Azərbaycan Respublikasının mömin xalqı 19 yanvar günündə öz tarixi vətəninə axıb gəlmək üçün böyük dirçəliş, dini və milli mədəniyyət və mahiyyətin bərpası, müstəqillik təfəkkürünün başlanması, azadlıqsevərlik hissi və öz siyasi agahlığınıjn artdığını göstərmək ardınca olubdur.

Təbrizdə müsəlman azərilərin dördüncü "ixtisas və hazırkı dövrdə vəhdət yaradan vəzifəsi" adlı iclas keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap