header

 YUNİSEF: Hər gün 5 yəmənli uşaq Ərəbistanın hərbi təcavüzlərinin qurbanı olur

BMT-nin uşaqları himayə fondu YUNİSEF Ərəbistanın 2015-ci ilin martından başlayan və artıq 1000 gündən çoxdur ki, davam edən hücumlarında təqribən 5 min uşağın həyatını itirdiyini bildirib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, YUNİSEF-in Yəməndəki nümayəndəsi Mircelet Rilano çərşənbə axşamı deyib: Ötən 1000 gün ərzində Ərəbistanın Yəmənə olan hücumlarından 5 minidən çox uşağın ölməsi ilə yanaşı, 1 milyon 200 min uşaq da qida çatışmazlığından əziyyət çəkir. Təqribən 400 min uşaq isə həyatda qalmaq üçün təcili dərman preparatlarına ehtiyaclıdır.

Rilano həmçinin deyib: Yəmənli uşaqların təqribən yarısı içməli su və səhiyyə imkanlarına malik deyil. Və didərgin həyatı sürən bu uşaqlar xəstəlik, yoxsulluq və aclıqdan əziyyət çəkirlər.

YUNİSEF rəsmisinin dediyinə görə, yəmənli uşaqların 70%-i ailələri ilə birlikdə minimum yaşayış səviyyəsinin altındadır və 11 milyondan çox uşaq təcili humanitar yardımlara ehtiyaclıdır.

Rilano Yəməndə məktəblərin vəziyyəti barədə də deyib: 2017-ci ilin sentyabr ayının sonuna kimi təqribən 256 məktəb tamamilə dağıdılıb və 150 məktəb də müharibə didərginlərinin sığınacağına çevrilib.

BMT-nin uşaqları himayə fondu YUNİSEF Ərəbistanın 2015-ci ilin martından başlayan və artıq 1000 gündən çoxdur ki, davam edən hücumlarında təqribən 5 min uşağın həyatını itirdiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap