Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azəriləri Günü” münasibətilə tədbir keçiriləcək
Posted on : Ərdəbil 01/17/2018
“19 Yanvar Dünya Müsəlman Azəriləri Günü” ilə bağlı mərasimdə Ərdəbilin imam cüməsi çıxış edəcək və bir sıra mədəni tədbirlər keçiriləcək.
Vəliyyi-fəqihin nümayəndəsi Ayətullah Seyid Həsən Amilinin təşəbbüsü ilə 19 yanvar, “Dünya Müsəlman Azəriləri Günü” adlanmışdır və hər il ölkənin şimal-qərb əyalətlərində bu gün münasibətilə ictimai tədbir və mərasimlər təşkil olunur.
Ötən illərdə olduğu kimi bu il də Ərdəbildə “Dünya Müsəlman Azəriləri Günü” münasibətilə tədbir keçiriləcək və bu tədbirdə Ayətullah Amilinin çıxışı, Ustad Kəlaminin şer oxuması, teatrın nümayiş etdirilməsi və s. kimi müxtəlif mədəni proqramlar icra ediləcək.
“Dünya Müsəlman Azəriləri Günü” münasibətilə baş tutacaq tədbir 18 yanvar səhər saat 10-da Şeyx Səfi Türbəsi yanında Xətayi toplantı salonunda keçiriləcək. Tədbirdə hər kəs iştirak edə bilər.