ABŞ-da 13 uşağını zəncirdə saxlayan valideynlər-FOTO
Posted on : Digər sahələr 01/16/2018
Kaliforniyada Riversayd dairəsinin polisi 2-29 yaş arası 13 uşağın valideynini həbs edib. Onlar öz övladlarını zəncirdə saxlayırmışlar.
FaktXeber.com-un CNN-ə istinadla məlumatına görə, yanvarın 14-də 17 yaşlı qız evdən qaçıb və polisə zəng edib. O, bildirib ki, ata-anası onun 12 bacı-qardaşını evdəq buraxmır, onları zəncirləyib.
Qızla kiçik söhbətdən sonra polis 57 yaşlı Devid Allen Tuürpin və 49 yaşlı Luiza Anna Turpini evində həbs edib. Məlum olub ki, uşaqların bəziləri pis qoxu gələn evdə çarpayıya bağlanmış halda tapılıblar.
Uşaqlardan 7-si 18-29 yaşlı yeniyetmə olub. Polisin yaydığı məlumatda deyilir ki, onların hamısının vəziyyəti ağır olub: «Uşuqlar uzun müddət idi ki, ac idilər. Onlara nə yemək, nə də su verilib».
Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, valideynlər isə həbs olunub.