header

 İslam parlamentlərarası konfransının baş assambleyasının iclası başlanıb

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentlərarası konfransının baş assambleyasının 20-ci iclası 44 ölkədən parlament sədrləri, vitse spikerlər və parlament heyətlərinin iştirakı ilə Tehranda öz işinə başlayıb.

Bu iclasda çıxış edən İİR parlamentinin sədri Əli Laricani bütün müsəlman ölkələrin əməkdaşlıq üçün yaxşı potensiallara malik olduqlarını bildirərək deyib: Müsəlman ölkələr bütün illərdə iqtisadi potensiallarıın birləşdirilməsi mövzusunu düşünməli idilər. 

Əli Laricani deyib: İran İslam Respublikası bu yolu gedir və Tehran üçün müsəlman ölkələrlə iqtisadi əlaqələr prioritet təşkil edir. 

İranın İslami Şura Məclisinin sədri regionda terrorizm böhranına toxunaraq deyib: Bu məsələ müsəlman ölkələr üçün ciddi problemlər yaradıb və bu fenomen qarşısında hamı birləşməlidir, İran isə terrorizm ilə mübarizədə bütün müsəlman ölkələrlə əməkdaşlıq etməyə hazırdır. 

Laricani ABŞ prezidenti Donald Trampın bəyanatından təəssüfləndiyini bildirərək deyib: Heç bir prezident başqa ölkələri təhqir etməməlidir və bu ölkələrin dostluğuna kömək etmir, əksinə məsafələri artırır. 

İƏT parlamentlərinin 13-cü konfransı isə sabah İran İslam Respublikası prezidenti və parlament sədrinin iştirakı ilə keçiriləcək, çərşənbə günü isə bir bəyanatla işinə yekun vuracaq. 

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentlərarası konfransının baş assambleyasının 20-ci iclası 44 ölkədən parlament sədrləri, vitse spikerlər və parlament heyətlərinin iştirakı ilə Tehranda öz işinə başlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap