header

 İranın "Sançi" neft tankeri Çinin sahil sularında batıb

İranın Limanlar və Dənizçilik Təşkilatı Çinin sahil sularında qəzaya uğrayaraq, yanğına məruz qalan "Sançi" neft tankerinin batmasını təsdiq edərək, neft tankerinin 32 eikapj üzvünün hamısının həlak olması münasibəti ilə İran xalqı və həlak olanların ailələrinə başsağlığı verib.

Yol və Şəhərsalma Nazirliyinin verdiyi məlumata görə, Limanlar və Dənizçilik Təşkilatı bu gün Çinin şərq sularında yanğına düçar olan İranın neft tankerinin batması ilə bağlı xəbər yayıb.

Hazırda Şanxayda olan İranın neft tankerinin vəziyyətinin araşdırılması üzrə xüsusi komitənin sözçüsü  və İranın Limanlar və Dənizçilik Təşkilatının sədri Məhəmməd Rastad bazar günü deyib: "Sançi" tankerində yanğının yenidən güclənməsini nəzərə alaraq, İran komandosları neft tankerinə daxil ola bilməyiblər.

O, gəminin artıq hərəkət etmədiyini və batmaqda olduğunu deyərək, əlavə edib: Artıq neft tankerinin yerdə qalan 29 ekipaj üzvünün xilas edilməsi imkansızdır.

Rastad "Sançi" neft tankeri ilə toqquşan yük gəmisinin ekipaj üzvlərinin açıqlamalarına, xilasedici gəmilərdən daxil olan məlumatlara və mütəxəssislərin rəyinə görə, tankerdə çıxan yanğının çox güclü olması və ətrafa qaz sızması nəticəsində "Sançi"nin bütün ekipaj üzvləri elə hadisənin baş verdiyi ilk saatlarda həyatlarını itiriblər.

6 yanvarda Honq Konqa məxsus bir yük gəmisi Çinin şərq sahillərində İranın bir neft tankeri ilə toqquşub. Nəticədə neft tankerində güclü partlayış baş verib və tanker yanğına məruz qalıb. Bu hadisədə "Sançi" neft tankerinin 32 ekipaj üzvünün hamısı itkin düşmüşdü. Xilasedicilərin səyi ilə sadəcə 3 ekipaj üzvünün cəsədini aşkar etmək mümkün olub.

İranın Limanlar və Dənizçilik Təşkilatı Çinin sahil sularında qəzaya uğrayaraq, yanğına məruz qalan "Sançi" neft tankerinin batmasını təsdiq edərək, neft tankerinin 32 eikapj üzvünün hamısının həlak olması münasibəti ilə İran xalqı və həlak olanların ailələrinə başsağlığı verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap