header

 Ayətullah Amili: Azərbaycan əhalisinin dinə təmayülünün gündən-günə artması hakimiyyətin kabusuna çevrilib - Video

Ayətullah Amili cümə namazının xütbələrində Azərbaycan Respublikası Milli Məclisinin deputatının İran azəriləri və Azərbaycan Respublikası əhalisinə həyasızcasına hörmətsizliyinə işarə edərək deyib: “SSRİ kimi qüdrətli bir hökumət Azərbaycanın mömin xalqını öz dinindən ayıra bilmədi.”

 Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi bu həftənin cümə namazı xütbələrində deyib: “Ötən həftə sərhəddin o tərəfində bizimlə həmdərd olduqlarını bildirənlərin hamısı Azərbaycan Milli Məclisinin deputatlarından birinin qəzəbinə və çox pis təhqirinə məruz qaldılar. Bu deputat çox ağır söyüşlərdən sonra deyib: “Azərbaycanda da bu cür adamları itinə tök. Qarabağ üçün savaşmazlar, ancaq bir siyasət mollasının çağırışı ilə vətəni dünəndən satarlar.” O başqa bir cümləsində  deyib: “İranda xaos olarsa… xeyli milli təəssübkeşlikdən uzaq Azərbaycan türkü İran rejimi üçün ölümünə mübarizə aparacaq hətta buradan da xeyli anlaqsız sürüsü oraya yardıma qoşacaq.”

Ayətullah Amili Azərbaycan Milli Məclisinin həyasız deputatı Fazil Mustafaya cavabında bildirib ki, öz xalqının şüur və dərkini təhqir edən nümayəndə sözsüz, xalq tərəfindən deyil, xüsusi orqanlar tərəfindən seçilmişdir. Hətta, mən belə inanıram ki, bu şəxs əslində türk deyildir. Çünki türklər və azərilər əxlaqi səciyyələrə malikdirlər və bu məsələ hamıya bəllidir. Söyüş söymək və təhqir etmək zəif kəslərin və tərbiyəsiz ailədə böyümüş adamların işidir.

İmam cümə xütbəsinin davamında deyib: “Azərbaycanın dindar əhalisi vətən satqını deyil ki, siz onlara xain və vətəni satan deyirsiniz. Azərbaycan Respublikasının mömin xalqı din adı ilə Qarabağı ermənilərin xəbis vücudundan təmizləməyə hazırdırlar, amma siz “Rusiya imkan vermir”, “Amerika qoymur” deyə, əsassız iddialar gəritməklə onların bu işi etməsinə mane olursunuz. Siz bir tərəfdən deyirsiniz ki, Qarabağı azad etməyə Amerika və Rusiya imkan vermir, sonra da deyirsiniz ki, müstəqil dövlətik?”

Ayətullah Seyid Həsən Amili daha sonra deyib: “Azərbaycan Respublikası Milli Məclisinin deputatının xalqı təhqir etməsinə görə mən Azərbaycan xalqına başsağlığı verirəm.”

Xətib Fazil Mustafanın və digər deputatların da İranla bağlı çağırışlarına toxunaraq deyib: “Bu deputat İranın azərilər yaşayan əyalətlərinin əhalisindən istəyib ki, İranda demokratiyanın və sekularizm dəyərlərinin dirilməsi üçün mübarizə etsinlər. Digər bir deputat isə deyib ki, Azərbaycanın ən böyük düşməni din və dindardır. İranda irəli gəlmiş bu vəziyyətlə biz din təhlükəsindən qurtulduq. Mən o deputata Qustav Le Bonun bu cümləsini xatırladıram: “Dinin yüz canı var.” SSRİ hökuməti Azərbaycan xalqını öz dinindən ayıra bilmədi. Siz bu işi necə edəcəksiniz? Bu il məhərrəm ayının əzadarlıq günlərində azəri gəncləri o qədər təzyiqlərə baxmayaraq öz dinlərinə bağlılıqlarını göstərdilər.”

Ayətullah Amili Azərbaycan Respublikası siyasətçilərinə xitab edərək onlardan qonşuluq haqqını zay etməməyi istəyib.

İmam cümə daha sonra bildirib ki, hər kəs bizi demokratiyaya dəvət edirsə, bundan bir narahatlığımız yoxdur, amma sizin buna haqqınız yoxdur. Çünki islamçılar üçün 460 il həbs cəzası kəsən bir dövlətin İran kimi böyük ölkəni demokratiyaya dəvət etməyə haqqı ola bilməz.

Ayətullah Amili sonda deyib: “Mən qərara almışdım ki, o tərəfdən başlanılmayınca, Azərbaycan haqqında danışmayım. Lakin onlar son hadisələrdə bizim ölkəmizin yüksək səviyyəli məsullarına, tarix, din və məzhəbimizə bacardıqları qədər söyüş və təhqirlər yağdırdılar.”

Ayətullah Amili cümə namazının xütbələrində Azərbaycan Respublikası Milli Məclisinin deputatının İran azəriləri və Azərbaycan Respublikası əhalisinə həyasızcasına hörmətsizliyinə işarə edərək deyib: “SSRİ kimi qüdrətli bir hökumət Azərbaycanın mömin xalqını öz dinindən ayıra bilmədi.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap