header

 Türkiyə Amerikaya səfər edən vətəndaşlarına xəbərdarlıq edib

Türkiyənin Xarici İşlər Nazirliyi dünən bir bəyanat yayaraq Amerikanın Türkiyəyə səfər barədə xəbərdarlığına reaksiya verib.

İRİB-in Ankaradan verdiyi məlumata görə, ABŞ-ın Türkiyəni terror risqi yüksək olan ölkələr kateqoriyasına daxil etməsindən və ABŞ vətəndaşlarını Türkiyəyə səfər etməməyə çağırmasından sonra Türkiyənin Xarici İşlər Nazirliyi də bir bəyanat yayaraq Türkiyə vətəndaşlarına Amerikaya səfər barədə xəbərdarlıq edib. 

Bəyanatda deyilir: Amerikada silahlı hücumlar, bomba partlayışı, küçələrdə piyadaların üzərinə avtomobilil sürülməsi kimi terror aktlarının artmasını nəzərə alaraq Amerikaya səfər etmək istəyən Türkiyə vətəndaşlarından istənilir ki, səfər qərarlarına yenidən baxsınlar və səfər edərlərsə təhlükəsilzik məsələləri və terror təhlükələri barədə diqqətli olsunlar. 

Amerikada silahlı zorakılıq hallarının qeydiyyat mərkəzi ötən milad ilində bu ölkənin müxtəlif şəhərlərində 60 min atışma halının qeydə alındığını və bu hadisələrdə 15 min 83 nəfərin öldüyü, 30 min 430 nəfərin yaralandığını bildirmişdir. 

Türkiyənin Xarici İşlər Nazirliyi dünən bir bəyanat yayaraq Amerikanın Türkiyəyə səfər barədə xəbərdarlığına reaksiya verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap