header

 Tramp dediyi sözlərə görə üzr istəməlidir - Afrika İttifaqı ölkələri

Afrika ittifaqı ölkələrinin BMT-dəki səfirləri Donald Тrampın Haiti, Salvador və Afrika ölkələri ilə bağlı işlətdiyi "zir-zibil ölkələri" ("shithole countries") ifadəsi ilə bağlı narazılıqların bildiriblər.

Haiti, Kuba və Salvador nümayəndələri də onlarla birlikdə ABŞ prezidentindən üzr istəməsini tələb ediblər.

 

İslaminSesi.info "TJournal"-a istinadla xəbər verir ki, Afrika səfirlərinin sözlərinə görə, Trampın sözləri ", afrika xalqını və qitə ölkələrinin ləkələnmə tendensiyasını davam etdirir. Onlar prezidentdən üzr istəməsini və ya sözlərini təkzib etməsini tələb edib, eyni zamanda Trampı pisləyən amerikalılara minnətdarlıqlarını bildiriblər.

 

El Salvador prezident Sançes Seren təhqirlə əlaqədar olaraq bildirib ki, "belə ifadələrə etiraz edir", Kuba XİN onun sözlərini "nifrət dolu" adlandırıbadlandırıb, Haitinin sabiq baş nazir isə onları "tamamilə yolverilməz" kimi səciyyələndirib.

 

Qeyd edək ki, Amerikanın "Wall Street Journal" xəbər agentliyi cümə axşamı senatorlar Linsi Qrehem və Dik Durbin Ağ Evdə görüş zamanı Trampa Haiti, El Salvador və bəzi Afrika ölkələrindən olan miqrantların miqrasiya toxunulmazlığını təklif edən zaman Tramp hiddətlənmiş və bu sözləri demişdi:

 

"Bütün bu zir-zibil ölkələrdən olan insanlar bizim nəyimizə lazımdır?!"

Afrika ittifaqı ölkələrinin BMT-dəki səfirləri Donald Тrampın Haiti, Salvador və Afrika ölkələri ilə bağlı işlətdiyi "zir-zibil ölkələri" ("shithole countries") ifadəsi ilə bağlı narazılıqların bildiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap