header

 ABŞ-ın Azərbaycana səyahətlə bağlı xəbərdarlığına reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat katibi Hikmət Hacıyev ABŞ Dövlət Departamenti tərəfindən dərc olunan səyahət xəbərdarlığı siyahısında Azərbaycanın terror riski olan ölkələr kateqoriyasında göstərilməsini təəccüblə qarşıladıqlarını bildirib.

İslamazeri.com Eastnews.org-a istinadən xəbər verir ki, Hikmət Hacıyev məsələ ilə bağlı verdiyi yazılı açıqlamada Azərbaycan olaraq terrorun bütün növlərini şiddətlə qınadıqlarını bildirib.

Hacıyev son illər Azərbaycana gələn turistlərin sayının 24 faiz artdığını, 2017-ci ildə 2,7 milyon turist qəbul etdiklərini xatırladaraq, bunları qeyd edib:

"1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəylik Oyunları, Formula 1 yarışları, ABŞ və Rusiya Baş Qərargah rəisləri, NATO və Rusiya yüksək səviyyəli hərbi rəsmilərinin danışıqlarına ev sahibliyi edən Azərbaycanla bağlı ABŞ Dövlət Departamentinin bu cür bəyanat verməsi təəccüb vericidir".

Azərbaycanda sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin edildiyini vurğulayan Hacıyev "Ermənistanın işğal etdiyi torpaqlardan başqa, Azərbaycan hökuməti ölkənin təhlükəsizlik vəziyyətini nəzarət altında saxlayır. İşğal vəziyyəti regionun sülh və təhlükəsizliyi üçün əsas təhdid olaraq qalır", - sözlərini dilə gətirib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti tərəfindən dərc olunan səyahət xəbərdarlığı siyahısında Azərbaycan terror riski olan ölkələr kateqoriyasında göstərilmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat katibi Hikmət Hacıyev ABŞ Dövlət Departamenti tərəfindən dərc olunan səyahət xəbərdarlığı siyahısında Azərbaycanın terror riski olan ölkələr kateqoriyasında göstərilməsini təəccüblə qarşıladıqlarını bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap