header

 "Şərif Hərəmlər"in idarə edilməsinə nəzarət üzrə beynəlxalq heyət yaradılıb

"Şərif Hərəmlər"in, müqəddəs məkanların və İslamın tarixi abidələrinin Ərəbistan tərəfindən necə idarə edilməsinə nəzarət məqsədi ilə beynəlxalq bir heyət yaradılıb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Cəzirə telekanalı Ərəbistanın "Şərif Hərəmlər" və vəhy diyarındakı müqəddəs və tarixi məkanları necə idarə etməsinə nəzarət üzrə Malayziyada beynəlxalq bir heyətin yaradılmasından xəbər verib. Bu beynəlxalq heyət özünün ilk bəyanatında müqəddəs məkanlardan siyasi məqsədlər üçün istifadənin edilməsinə mane olmağa çalışacağını bildirib.

Bu bəyanatda deyilir: Beynəlxalq Nəzarət Heyəti Məkkə və Mədinə şəhərlərinin İslam mahiyyətinin məhv edilməsinin qarşısını almaq üçün yollar tapmağa çalışacaq.

Ərəbistan hazırda Məkkə və Mədinə şəhərlərində abadlıq əməliyyatları adı altında bu müqəddəs məkanların tarixi və islam mahiyyətini məhv etməyə çalışır.

Ərəbistanın "Şərif Hərəmlər" və müqəddəs məkanları necə iradə etməsinə nəzarət üzrə Beynəlxalq Nəzarət Heyətinin əsasnaməsində deyilir: Bu heyət Ərəbistanın zəvvarlar və hacılaraın sağlamlığına mənfi təsir göstərən birtərəfli rəftarlarını önləməyə habelə, tutarlı səbəb olmadan müqəddəs məkanların qapılarının zəvvaraların üzünə bağlanılmasına mane olmağa çalışacaq.

Bu heyət həmçinin Ərəbistanın İslam ölkələri arsında həcc kvotalarının bölüşdürülməsində ədalətə riayət etməsindən və dini mərasimləri siyasiləşdirməməsindən əmin olmaq istiqamətində də tədbirlər görəcəyini deyib.

Bu heyət daha sonra ötən 100 ildə Ərəbistanın müqəddəs məkanlardan öz siyais məqsədləri üçün istifadə etməsi barədə və bu xüsusda yol verilən qanun pozuntuları haqda araşdırmalar həyata keçirəcəyini və bu xüsusda Ərəbistana tövsiyələr edəcəyini bildirib.

"Şərif Hərəmlər"in, müqəddəs məkanların və İslamın tarixi abidələrinin Ərəbistan tərəfindən necə idarə edilməsinə nəzarət məqsədi ilə beynəlxalq bir heyət yaradılıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap