header

 İranın vitse-prezidenti "Təbriz-2018" mərasiminin tam uğurla keçirilməsinə təkid edib

İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangiri Təbriz şəhərinin 2018-ci il üçün İslam Dünyasının turizm paytaxtı seçilməsi münasibəti ilə "Təbriz-2018" mərasiminin keçirilməsini son dərəcə önəmli hadisə adlandırıb və deyib: Bütün icraedici orqanlar bu mərasimin mümkün olan ən yaxşı formada keçirilməsi üçün bütün imkanlarını səfərbər etməlidirlər.

İRNA-nın verdiyi məlumata görə, İshaq Cahangiri çərşənbə axşamı İranın şimal-qərbində Şərqi Azərbaycan Ostanı nümayəndələri ilə görüşdə deyib: Şərqi Azərbaycan Ostanı və onun mərkəzi olan Təbriz şəhəri tarixi və coğrafi baxımdan İran üçün böyük əhəmiyyətə malikdir və tarix boyu Təbriz İranda baş verən mühüm olaylarda əsas dayaq nöqtəsi oub. 

İranın vitse-prezidenti həmçinin, Şərqi Azərbaycan Ostanını İranın sənaye ostanlarından biri adlandırıb və deyib: Şərqi Azərbaycan müxtəlif sahələr üzrə geniş potensiallara malikdir. Bu sahələrdən biri sənaye sahəsidir. Və Şərqi Azərbaycanın özəl sektoru da sənaye sahəsində yaxşı fəaliyyətə malikdir. 

Təbriz 2018-ci il üçün İslam Dünyasının turizm paytaxtı seçilib. 

Bu il beynəlxalq Novruz mərasiminin İran İslam Respublikası prezidenti Həsən Ruhaninin iştirakı ilə Təbrizdə keçirilməsi "Təbriz-2018" üçün nəzərdə tutulmuş proqramlardandır. 

İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangiri Təbriz şəhərinin 2018-ci il üçün İslam Dünyasının turizm paytaxtı seçilməsi münasibəti ilə "Təbriz-2018" mərasiminin keçirilməsini son dərəcə önəmli hadisə adlandırıb və deyib: Bütün icraedici orqanlar bu mərasimin mümkün olan ən yaxşı formada keçirilməsi üçün bütün imkanlarını səfərbər etməlidirlər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap