header

 ABŞ-da hərbçi qadınlar cinsi təcavüzə etiraz ediblər

Amerikada onlarla hərbçi qadın ABŞ hərbçiləri arasında cinsi təcavüzlərin artmasına etiraz olaraq, bu ölkənin müdafiə nazirliyi qarşısında aksiya keçirib.

Əllərində plakatlar tutmuş və şüarlar verən hərbçi qadınlar dünən Amerika müdafiə nazirliyi qarşısına toplaşaraq, hərbçilər arasındakı cinsi təcavüzü pisləyiblər.

Pentaqon-nun rəsmi statistikaları ötən beş ildə ABŞ ordusunda iyirmi min zorlama halından söz açır.

Pentaqon-un son zamanlar yaydığı hesabata əsasən, zorlanmaya məruz qalanların böyük bir hissəsi bu haqda məlumat verməkdən çəkinir. Buna görə, əsl rəqəmlər qeyd olunandan qat-qat yuxarı olmalıdır.

Pentaqon-un 2017-ci il üzrə hesabatına əsasən, Amerika hərbçiləri arasında ən çox cinsi zorlama halları bu ölkənin Virciniya ştatındakı Norfolk dəniz bazasında və Birləşmiş Ştatların Cənubi Koreyada yerləşən hərbi bazasında baş veribdir.

Amerikada onlarla hərbçi qadın ABŞ hərbçiləri arasında cinsi təcavüzlərin artmasına etiraz olaraq, bu ölkənin müdafiə nazirliyi qarşısında aksiya keçirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-09-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap