header

 İkinci Tehran Təhlükəsizlik Konfransının yekun bəyanatı

İkinci Tehran Təhlükəsizlik Konfransının iştirakçıları vurğulayıblar ki, trans-regional qüvvələrin siyasətləri və müdaxilələri nəinki təhlükəsizliyin təmininə kömək etməyib, əksinə regionda əmin-amansızlıq və səbatsızlığa bais olubdur.

İkinci Tehran Təhlükəsizlik Konfransı 49 ölkədən siyasi və təhlükəsizlik rəsmiləri, eləcə də tədqiqatçıların iştirakı ilə dünən Tehran şəhərində keçirilib.

İkinci Tehran Təhlükəsizlik Konfransının yekun bəyanatında Qərbi Asiya bölgəsinin hazırkı həssas şəraitinə işarə olunaraq, deyilir: İŞİD kimi terrorçu və təkfirçi qrupların təhdidlərinin azalmasına baxmayaraq, ABŞ prezidentinin siyasətləri kimi regional və trans-regional qüdrətlərin bəzi yanlış siyasətləri region təhlükəsizliyini yeni peyda olmuş təhdidlərlə üzləşdiribdir.

Bəyanatda əlavə edilir: Ardı-arası kəsilməyən silahlanma yarışı, trans-regional qüdrətlərin hərbi müdaxilələri, ekstremizm və terrorizm, iqtisadi gerilik və ekoloji təhlükələr ilə mübarizə aparmaq üçün Qərbi Asiya bütün region ölkələri tərəfindən qəbul olunan əhatəli təhlükəsizliyə ehtiyac duyur.

İkinci Tehran Təhlükəsizlik Konfransının iştirakçıları vurğulayıblar ki, trans-regional qüvvələrin siyasətləri və müdaxilələri nəinki təhlükəsizliyin təmininə kömək etməyib, əksinə regionda əmin-amansızlıq və səbatsızlığa bais olubdur.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-09-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap