header

 Səudiyyədə saxlanılan şahzadələr hoteldən həbsxanaya köçürülüb

Səudiyyə Ərəbistanı hakimiyyəti korrupsiya ittihamı üzrə saxladığı onlarla şahzadə, məmur və eks-nazirləri "Ritz-Çarlton" hotelindən xüsusi təhlükəli məhbuslar üçün nəzərdə tutulmuş Əl-Hair həbsxanasına köçürmək barədə qərar qəbul edib.

İslaminSesi.info "MİR24"-ə istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı ərəbyönlü "Al-Araby Al-Jadeed" qəzeti yazıb.

 

Nəşrin mənbələri bildirirlər ki, həbsxanaya təxminən 60 nəfər köçürülüb. Onların arasında şahzadə-milyarder əl-Vəlid bin Təllal (hazırki kral Salman bin Əbdüləzizin qardaşı oğlu), şahzadəsi Türki bin Abdullah (sabiq kral Abdullah bin Əbdüləziz əl-Səudun (2005-2015) oğlu), eləcə də işləri üzrə məhkəməyədək hakimiyyətlə razılığa gəlməkdən imtina edən bir neçə digər yüksək vəzifəli şəxslər var. 

 

Qeyd edək ki, daha öncə Səudiyyə prokurorluğu hökümətlə razılığa gəlməkdən imtina edənlərin məhkəmə qarşısında dayanacaqları barədə xəbərdarlıq etmişdi.

 

Əl-Həir həbsxanası 1983-cü ildə tikilib və Ər-Riyad şəhərindən 30 km cənubda yerləşir. Orada terrorizm və ekstremizmdən məhkum edilmişlər cəza çəkir.

Səudiyyə Ərəbistanı hakimiyyəti korrupsiya ittihamı üzrə saxladığı onlarla şahzadə, məmur və eks-nazirləri "Ritz-Çarlton" hotelindən xüsusi təhlükəli məhbuslar üçün nəzərdə tutulmuş Əl-Hair həbsxanasına köçürmək barədə qərar qəbul edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-09-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap