header

 CNN-in aparıcısı Trampın müşavirini qovdu-VİDEO

CNN telekanalının aparıcısı Ceyk Tepper ABŞ prezidenti Donald Trampın müşaviri Stiven Millerlə proqrammı kobud şəkildə dayandırıb.

FaktXeber.com-un RİA Novosti-yə istinadla məlumatına görə, «State of the Union» proqramında Tepper  Millerə  jurnalist  Maykl Vulfun «Alov və qəzəb: Trampın Ağ Evinin dəhlizlərində» kitabı ilə əlaqədar suallar verib.

Trampın  psixikasının müzakirəsi zamanı vəziyyət nəzarətdən çıxır. Aparıcı ABŞ prezidentinin özünü «çox stabil dahi» adlandırdığı tvitini xatırladaraq, soruşur: «Necə düşünürsünüz, bu cür tvitlər Trampın sabit olduğu və bu işə yararlığı iddiasına ziddir, ya bunu təsdiqləyir?». 

Trampın müşaviri «bu işə yararlığını təsdiqlədiyini» dedikdən sonra CNN-in  tənqidinə keçir və bildirir ki, kanal toksik atmosfer yaradır, həmçinin ABŞ prezidenti ilə bağlı saxta məlumatlar yayır.

Tepper yenə sual vermək istədikdə isə , Miller ona imkan vermir və bildirir ki, CNN bütün günü Tramp əleyhinə süjetlər təqdim edir, ancaq Amerika prezidentinin  real davranışları  barədə informasiyanı bölüşmək üçün 3 dəqiqə vaxt ayırmır.

«Aydındır, siz suallara cavab vermirsiniz, mən anlayıram. Sizin narahat olduğunuz cəmi bir tamaşaçı var və siz ona yarınmaq üçün özünüzü yaltaq şəxsi katib kimi aparırsınız. Mən tamaşaçıların vaxtını kifayət qədər boş yerə sərf etdim», - deyəndən sonra aparıcı verilişi dayandırır.

Business Insider-ın məlumatına görə, Millerdən dəfələrlə getməyi xahiş olunsa da, o imtina edir. Bundan sonra mühafizəçi çağırmaq məcburiyyətində qalınır.

CNN telekanalının aparıcısı Ceyk Tepper ABŞ prezidenti Donald Trampın müşaviri Stiven Millerlə proqrammı kobud şəkildə dayandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap