header

 ABŞ Türkiyənin düşmənlərinin ərazilərini rəsmən tanımaq istəyir

Rəsmi Vaşinqtonun bu yaxınlarda Suriya ərazisində Fərat çayının şərqində kürdlərin başçılıq etdiyi "Suriya Demokratik Qüvvələri"nin əlindəki 28 min km-lik ərazini diplomatik şəkildə tanımaq üzrə konkret addımlar atması gözlənilir.

İslaminSesi.info-nun verdiyi məlumata görə, bunu yüksək vəzifəli rəsmiyə istinadla beynəlxalq "Asharq Al-Awsat" qəzeti bildirib.

 

Rəsmi bildirib ki, hazırda ABŞ administrasiyasında Suriya üzrə yeni strategiyanın qəbul edilməsi prosesi gedir. Suriyada Amerikanın mövqe dəyişikliyinin ilk "konkret əlaməti" müdafiə naziri Cim Mettisin SDQ-nin Suriyada nəzarət etdiyi bölgələrə "diplomatlar" göndərəcəyini deməsidir. 

 

Vaşinqton bundan əlavə İŞİD-dən sonrakı dövrdə yerli şuraların qüvvədən salınmasında israrlıdır. Onun sözlərinə görə, kürd qüvvələrinin nəzarətindəki əraziləri diplomatik cəhətdən tanımaq mərhələsinədək ABŞ-ın məqsədi Suriyada yenidənqurma təşəbbüslərini dəstəkləmək, ictimai xidmət və infrastrukturu gücləndirmək, qurmağı planlaşdırdığı dövlət orqanlarının hazırlığını aparmaq, SDQ sahələrini qorumaq və hərbi bazalarının təminatını təmin etməkdir.

 

Türkiyə Respublikası kürdlərin rəhbərliyindəki SDQ-ni rəsmən terrorçu hesab edir və onlara hərbi yardım göstərən ABŞ-a dəfələrlə etiraz edib.

Rəsmi Vaşinqtonun bu yaxınlarda Suriya ərazisində Fərat çayının şərqində kürdlərin başçılıq etdiyi "Suriya Demokratik Qüvvələri"nin əlindəki 28 min km-lik ərazini diplomatik şəkildə tanımaq üzrə konkret addımlar atması gözlənilir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap