header

 Çinin sahil sularında iki gəminin toqquşması nəticəsində 30 iranlı itgin düşüb

Çinin şərq sahillərində iki gəminin toqquşması nəticəsində 32 nəfər o cümlədən 30 iranlı itkin düşüb.

Çin xəbər agentliyinin verdiyi məlumata görə, şənbə günü Çinin sahil sularında Panamaya məxsus "Sançi" adlı bir neft tankeri ilə Honq Konqa məxsus bir yük gəmisi toqquşublar. Hadisə nəticəsində 30-u iranlı olmaqla 32 nəfər itkin düşüb. 

Bu 32 nəfərin tapılması üçün xilasetmə əməliyyatı davam edir. Dəniz polisinin bir neçə qayığı, 2 xilasetmə qayığı və 3 ixtisaslaşdırılmış yardım gəmisi xilasetmə əməliyyatına cəlb edilib. 

Çinin Nəqliyyat Nazirliyi tərəfindən verilən məlumata görə, iki gəminin toqquşması nəticəsində güclü yanğın çıxıb. 

Çinin şərq sahillərində iki gəminin toqquşması nəticəsində 32 nəfər o cümlədən 30 iranlı itkin düşüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap