Çinin sahil sularında iki gəminin toqquşması nəticəsində 30 iranlı itgin düşüb
Posted on : iran 01/07/2018
Çinin şərq sahillərində iki gəminin toqquşması nəticəsində 32 nəfər o cümlədən 30 iranlı itkin düşüb.
Çin xəbər agentliyinin verdiyi məlumata görə, şənbə günü Çinin sahil sularında Panamaya məxsus "Sançi" adlı bir neft tankeri ilə Honq Konqa məxsus bir yük gəmisi toqquşublar. Hadisə nəticəsində 30-u iranlı olmaqla 32 nəfər itkin düşüb.
Bu 32 nəfərin tapılması üçün xilasetmə əməliyyatı davam edir. Dəniz polisinin bir neçə qayığı, 2 xilasetmə qayığı və 3 ixtisaslaşdırılmış yardım gəmisi xilasetmə əməliyyatına cəlb edilib.
Çinin Nəqliyyat Nazirliyi tərəfindən verilən məlumata görə, iki gəminin toqquşması nəticəsində güclü yanğın çıxıb.