Səudiyyə Ərəbistanında 11 şahzadə həbs edildi
Posted on : Digər sahələr 01/06/2018
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Kral Sarayında nümayiş keçirən 11 şahzadə həbs edilib.
FaktXəbər-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Sabq" xəbər saytı yazıb. Məlumatda bildirilir ki, 11 şahzadə bir qohumlarının edam cəzasının əfv edilməsi və şahzadələrin elektrik, su pullarının dövlət tərəfindən ödənilməsini ləğv edən Kral Fərmanının ləğvi üçün paytaxt Ər-Riyadda Kral Sarayı qarşısında aksiya keçiriblər.
Şahzadələrə dağılmaları istiqamətində xəbərdarlıq edildiyi, xəbərdarlıqları dinləməyən 11 şahzadə kralın əmri ilə kralın mühafizə xidməti tərəfindən həbs edilərək Hair zindanına göndəriliblər.