header

 “The Newyork Times”-dan Trampa: Sakit ol!

Qəzet, ABŞ prezidentinə, İranda baş verən iğtişaşlar barədə səssiz qalmasını tövsiyə edib.

İranda baş verən son hadisələrlə bağlı yazı dərc edən qəzet, bildirib: “Tramp, İranı Orta Şərqin bütün problemlərinin səbəbkarı olaraq qələmə verir və bu ölkə əleyhinə heç bir təhdiddən çəkinmir. Tramp İranda baş verən iğtişaşları dəstəkləmək istəyirsə yaxşı olar ki, sakit qalıb, heç bir iş görməsin.”

Trampın sosial şəbəkələrdə bu barədə olan paylaşımlarının həddən artıq olduğunu yazan qəzet bildirib: “Hələ bu iğtişaşlarla və məsələnin nəylə nəticələnəcəyiylə bağlı konkret məlumat yoxdur. Lakin məlum olan budur ki, ABŞ-ın bu iğtişaşlara açıq aşkar olaraq dəstəyi, xeyirdən çox ziyana səbəb olacaq.”

Trampın dövlət rəsmilərinin əksərinin bu barədə olan düşüncələrinə toxunan qəzet bildirib: “Məmurlarının əksəri bu düşüncədədir ki, İrana təsir qoymaq üçün ilk öncə bu ölkədə qurulan islam dövləti aradan getməlidir. Trampın iğtişaşçılar üçün qəhrəman olaraq tanınmaq istəməsinə səbəb, Barak Obamanın 2009-cü ildə yaranan fürsətdən lazımınca istifadə edə bilməməsidir. Tramp İranda olan müxaliflər üçün müsbət rol oynaya bilməz. İran xalqının dövlətə münasibətindən asılı olmayaraq, onlar, iqtisadi böhranlarına səbəb olan və ABŞ-a səfər etmələrinin qarşısını alan şəxslə həmsəda olmağı istəməzlər.”

Məqalənin sonunda, Trampın siyasətlərinin ABŞ-ı öz beynəlxalq müttəfiqlərindən ayırdığını yazan “The Newyork Times” bildirib: “Tramp nüvə sazişini ləğv edib, İran əleyhinə sanksiyaları yenidən icra edərsə müxaliflər üçün faydalı iş görmüş olacaq. İğtişaşçıların uğur qazanması üçün ən yaxşı yol heç bir addım atmamasıdır.”

Həftənin cümə axşamı günü, Məşhəd sahibkarlarnın iqtisadi durumla bağlı etirazları, ölkənin digər şəhərlərində də oxşar hadisələrə səbəb olub.

Kermanşah, Rəşt, Sari, Qum, Qəzvin və Həmədandan əldə olunan məlumata görə, bu şəhərlərdə etiraz aksiyaları təşkil olunub və sərt şüarlar səsləndirilib.

Ən böyük etiraz aksiyası, cümə günü Kermanşahda qeydə alınıb.

İnqilab əleyhinə olan medialar bu etirazların siyasi olduğunu inandırmaq istəsələr də, lakin görünən budur ki, etirazçıların əksərinin toplanma səbəbi iqtisadi artımlardır. Onlar siyasi şüarları eşitsələr də, onlara qoşulmayıblar.
Qəzet, ABŞ prezidentinə, İranda baş verən iğtişaşlar barədə səssiz qalmasını tövsiyə edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap