İslam dinini yeni qəbul etmiş rusiyalı xanım İmam Əlinin (ə) hərəmini ziyarət etdi
Posted on : Əqidələr 01/04/2018
İslam dinini yeni qəbul etmiş rusiyalı xanım Olqa Nəcəfül-Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edib.
İmamali saytı xəbər verir ki, Olqa əvvəllər xristian idi və İslam dini ilə tanış olduqdan sonra, Cəfəri fiqh elmi əsasında İslam dinini qəbul edib.
Olqa İmam Əlinin (ə) mütəhhər hərəminin mətbuat xidmətinə müsahibəsində belə deyib: “Mən İraqa gəldim və özümə İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət etmədən heç bir yerə getməyəcəyimə söz vermişdim. Sənin yanında olduğum üçün xoşbəxtəm və burada qadın zəvvarlara necə xidmət etdiyini görürəm. Qadın zəvvarlara və cəmiyyətə necə xidmət etdiyini görəndə, “qadın evdə qalmalıdır və cəmiyyətə çıxmamalıdır” düşüncəsinin həqiqətdən uzaq olduğunu başa düşdüm”.
Ziyarətin sonunda mütəhhər hərəmin qadın idarəsi Olqaya müxtəlif mənəvi qiymətli hədiyyələr verib.