header

 Bəhreyn xalqı Şeyx Nimrin edamının ikinci ilində aksiyalar keçirdi

Bəhreyn xalqı ərəbistanlı mübariz ruhani Şeyx Nimr Baqir Ən-Nimrin edam olunmasının ikinci ilində Bəhreynin müxtəlif şəhərlərində aksiyalar keçirib.

Rəsa İnformasiya Agentliyinin məlumatına görə, Bəhreynin Kəryabad bölgəsi sakinləri Ali-Səudun Şeyx Nimri edam etməsinin ikinci ilində bu ərəbistanlı şiə alimə vəfalı qalıb, "Qılınc cihadın ən böyük intiqamıdır" devizi altında aksiya keçirərək Ərəbistanın Qətif şəhərinin qurbanları ilə həmrəyliyi elan ediblər. 

Bəhreynin Şəhrəkan və əl-Məamir bölgələrində də etirazçılar plakatlar daşıyaraq və şüarlar səsləndirərək Bəhreyn və Ərəbistanda qətlə yetirilənlərlə əhd-peymanı yeniləyib və Ali-Xəlifə cinayətkarlarından qisasın alınmasını istəyiblər. 

Ərəbistanlı nüfuzlu ruhani Şeyx Nimr Baqir Ən-Nimr 2016-cı il 2 yanvarda səudiyyə rejimini tənqid etdiyi üçün edam olundu. Bu hərəkət müxtəlif ölkələrdə müsəlmanların irimiqyaslı etirazları ilə üzləşdi. 

Bəhreynin Kərzəkan bölgəsi gəncləri də bir neçə küçənin yolunu bağlayaraq Ali-Xəlifə rejiminin vətəndaşlara qarşı cinayətlərinə etiraz ediblər. Ali-Xəlifə rejimi hərbçilərinin müdaxiləsi ilə insidentlər yaranıb. 

Bəhreyn xalqı ərəbistanlı mübariz ruhani Şeyx Nimr Baqir Ən-Nimrin edam olunmasının ikinci ilində Bəhreynin müxtəlif şəhərlərində aksiyalar keçirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap