header

 Nəsrullah: Tramp, Ərəbistan və İsrailin İran haqda ümidləri puça çıxdı

Livan Hizbullahının baş katibi çərşənbə günü İrandakı son hadisələrə reaksiyada bildirib: ABŞ prezidenti Donald Tramp, sionist rejimin baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanı rejimi rəsmilərinin İrandakı ümidləri puça çıxdı.

Fars Xəbər Agentliyinin məlumatına görə, Seyid Həsən Nəsrullah əl-Məyadin televiziyasına verdiyi müsahibədə deyib: ABŞ və müttəfiqlərinin İran əleyhinə hərəkətləri İran İslam Respublikasının müqavimət və Fələstini dəstəkləməsinə görədir. 

Livan Hizbullahının baş katibi İran xalqının müqavimətə inandığını bildirərək xatırladıb: İran xalqı dəfələrlə ABŞ və müttəfiqlərinin planlarını iflasa uğradıblar. 

Seyid Həsən Nəsrullah Fələstin xalqının təslimedilməz olduğunu bildirib və əlavə edib: Müqavimət Fələstin müqavimətinə kömək etmək üçün hər bir fürsətdən istifadə edəcək. 

Seyid Həsən Nəsrullah deyib: ABŞ, sionist rejim və Səudiyyə Ərəbistanı rejimi regionu müharibəyə doğru sürükləməkdədirlər. Lakin müqavimət mehvəri onların qarşısında dayanmağa hazırdır. 

Livan Hizbullahının baş katibi çərşənbə günü İrandakı son hadisələrə reaksiyada bildirib: ABŞ prezidenti Donald Tramp, sionist rejimin baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanı rejimi rəsmilərinin İrandakı ümidləri puça çıxdı.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap