Nəsrullah: Tramp, Ərəbistan və İsrailin İran haqda ümidləri puça çıxdı
Posted on : iran 01/04/2018
Livan Hizbullahının baş katibi çərşənbə günü İrandakı son hadisələrə reaksiyada bildirib: ABŞ prezidenti Donald Tramp, sionist rejimin baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanı rejimi rəsmilərinin İrandakı ümidləri puça çıxdı.
Fars Xəbər Agentliyinin məlumatına görə, Seyid Həsən Nəsrullah əl-Məyadin televiziyasına verdiyi müsahibədə deyib: ABŞ və müttəfiqlərinin İran əleyhinə hərəkətləri İran İslam Respublikasının müqavimət və Fələstini dəstəkləməsinə görədir.
Livan Hizbullahının baş katibi İran xalqının müqavimətə inandığını bildirərək xatırladıb: İran xalqı dəfələrlə ABŞ və müttəfiqlərinin planlarını iflasa uğradıblar.
Seyid Həsən Nəsrullah Fələstin xalqının təslimedilməz olduğunu bildirib və əlavə edib: Müqavimət Fələstin müqavimətinə kömək etmək üçün hər bir fürsətdən istifadə edəcək.
Seyid Həsən Nəsrullah deyib: ABŞ, sionist rejim və Səudiyyə Ərəbistanı rejimi regionu müharibəyə doğru sürükləməkdədirlər. Lakin müqavimət mehvəri onların qarşısında dayanmağa hazırdır.