Səudiyyənin Yəmənə aviazərbələri nəticəsində 8 mülki şəxs həlak olub - 12 yaralı var
Posted on : Digər sahələr 01/04/2018
Səudiyyə Ərəbistanın hərbi təyyarələri Yəmənin əl-Hudeyda əyalətinin Zubeyd bölgəsinə şiddətli hava zərbələri endirib.
İslaminSesi.info bu barədə əl-Məsira telekanalına istinadla xəbər verir.
Bildirilib ki, hava zərbələri Zubeyd şəhərində bir yeməkxana qarşısındakı mülki şəxslərin maşınlarını hədəfə alıb və nəticədə 8 mülki həlak olub.
Daha 12 yaralının olduğu deyilir.
Xatırladaq ki Səudiyyə və koalisiyası 2015-in martından Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə bu ölkəyə hücum ediblər. İndiyə qədər 20 min civarında mülki şəxsin həlak olduğu deyilir.