header

 Makron: ABŞ, İsrail və Səudiyyənin İranla bağlı açıqlamaları bizi müharibəyə apara bilər

Fransa prezidenti Emmanuel Makron çərşənbə günü Yelisey sarayında prezident mətbuatı Assosiasiyasının nümayəndələri ilə görüşdə İran barədə açıqlamalar verib.

İslaminSesi.info TASS-a istinadla xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron çərşənbə günü Yelisey sarayında prezident mətbuatı Assosiasiyasının nümayəndələri ilə görüşdə İran barədə açıqlamalar verib.

O, etdiyi çıxışında İrana qarşı ABŞ, İsrail və Səudiyyə tərəfindən edilən açıqlamaların Fransanı müttəfiqi olduğu bu "üçlük"lə birlikdə İranla müharibə etmə həddinə qədər apara biləcəyini bildirib.

 

"İrana təzyiqi artırmaq, lakin onunla danışıqları kəsməmək lazımdır. Hazırda [İrana qarşı-red] əslində əvvəlki "şər oxu"nun yenidən yaradılması cəhdləri edilir. Bu əsasda ABŞ, İsrail və Səudiyyə Ərəbistanının etdikləri açıqlamaların mahiyyəti tamamilə aydındır, hərçənd ki onlar bir çox sahələrdə bizim müttəfiqlərimizdirlər. Onların tutduğu bu yol bizi İranla müharibəyə gətirib çıxara bilər", - deyə Makron İranda etiraz aksiyaları zamanı baş verən iğtişaşlar fonunda bu "üçlüyün" İranın nüvə proqramı üzrə etdikləri açıqlamaları nəzərdə tutaraq qeyd edib.

 

Makron bu yolun özgələrinin təyin etdiyi yol olduğunu qeyd edərək bildirib ki, İranın fəaliyyətinin saxlanması üzrə öz yollarını hazırlamalıdırlar.

Fransa prezidenti Emmanuel Makron çərşənbə günü Yelisey sarayında prezident mətbuatı Assosiasiyasının nümayəndələri ilə görüşdə İran barədə açıqlamalar verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap