header

 Duqin: ABŞ Türkiyəyə sanksiya üçün bəhanə axtarır

Rus siyasətinin əsas ideoloqu olan Aleksandr Duqin Türkiyənin "Aydınlıq" qəzetinə müsahibə verib. O, ABŞ-da davam edən agent davası, "Türk axını"nın gələcəyi və İrandakı hadisələrdən danışıb.

FaktXəbər-in məlumatına görə, Duqin bildirib ki, ABŞ-da Türkiyəyə qarşı davam edən məhkəmə ilə Türkiyəni İran kimi sıxışdırmağa çalışırlar. Duqinə görə, ABŞ-a ən yaxşı cavab sanksiyalara qarşı Avrasiya iqtisadiyyatını gücləndirməkdən keçir.

- Nyu-Yorkda davam edən, əvvəlki adı "Agent", indiki adı ilə isə "Atilla" olan məhkəmə işi Rusiyada necə şərh olunur?

- Amerikalılar hazırda Türkiyədə daxildən stabilliyi pozmaq istəyirlər. Amerikada olan bankirlə bağlı məhkəmə, sanksiyalar ərəfəsində bizim yaşadığımıza çox bənzəyir. Sanksiya tətbiq etmək üçün bir bəhanəyə, bir səbəbə ehtiyacı var. Bizim və İranın nümunəsi göstərir ki, onları dayandıra bilməzsiniz, biz dayandıra bilmədik. Ona görə də buna hazır olmalısınız. Həqiqətə ehtiyacları yoxdur və rəsmi dəlillərə ehtiyac görmürlər. Türkiyəyə təzyiq etmək üçün siyasi şou halına gələcək sanksiyalara hazır olmalısınız. Yeganə çarə Rusiya, İran və Çin ilə münasibətləri gücləndirməkdir. Əgər indidən sanksiyalara hazır olsanız, bəlkə də bunu tətbiq edə bilməzlər, amma hazır olmasanız, bu qərbpərəst qruplar üçün Ərdoğana hücum etməyə işarə olacaqdır. Məncə bu, təhlükəli vəziyyətdir.

- ABŞ "Türk axını - 2" layihəsinə icazə verməyəcəyini bildirib. Almaniya və Rusiyada layihəyə qarşı təhdid yaradan hallar varmı?

- "Türk axını - 2" layihəsi Rusiya qazının Qərbi Avropaya birbaşa çatması üçün yaradılıb. Qərbi Avropanın bəzi sənaye istehsalının davamı üçün buna ehtiyac var. Buna görə də, bu layihə Avropa və Rusiyanın iqtisadi və enerji maraqları üçün olduqca əhəmiyyətlidir. Ancaq amerikalılar bu inkişafı, Şərqi Avropa və ya Ukrayna vasitəsilə nəzarət altına almaq istəyirlər. "Türk axını - 2" layihəsi tam olaraq bu qeyri-sağlam dəhlizi, Ukraynanı "bypass" etmək üzrə inkişaf etdirilib. Yəni təhdid həqiqətdir, ancaq bu təhdidi həyata keçirəcək vasitələrə malik deyillər. Almanlar üçün "Türk axını - 2" iqtisadi baxımdan həyati əhəmiyyətə malikdir. Amerikalılar Almaniya siyasətinin qarşısını almaq məqsəd ilə Berlinə daha çox təzyiq edə bilərlər.

- ABŞ Almaniyaya hansı siyasi dairələr vasitəsilə bu təzyiqi edə bilər?

- Merkel və Almaniyanın bütün siyasi elitaları Amerikanın sərt nəzarəti altındadır, ancaq Almaniya iqtisadiyyatının Amerika tərəfdarı olan siyasətçilərdən istəyi Rusiya ilə birbaşa əlaqə yaradılmasıdır. Ona görə də bu alman siyasi elitası üçün şizofrenik bir vəziyyətdir. Çünki Almaniyanın iqtisadi beyni Rusiya ilə qarşılıqlı layihələrin qəbul edilməsi, artırılması üçün israr edir, amma alman siyasi elitası ümumiyyətlə Amerika tərəfdarıdır.

Bu gün dövlət çevrilişi cəhdindən sonra Türkiyədə artıq vəziyyət belə deyil. Ərdoğan daha müstəqil siyasət yürüdür. Ətrafındakı insanlar fərqli qruplardandır, amma Ərdoğanı dəstəkləyən ordu, Atatürkçü və ənənəvi islamçılar Qərb əleyhinədir. Bu səbəbdən, müxalifət daxilində Qərb tərəfdarı olan şəxslərin olduqları artıq gün kimi aydındır. Almaniyada isə əksinə, siyasətin tam mərkəzindədirlər.

Rus siyasətinin əsas ideoloqu olan Aleksandr Duqin Türkiyənin "Aydınlıq" qəzetinə müsahibə verib. O, ABŞ-da davam edən agent davası, "Türk axını"nın gələcəyi və İrandakı hadisələrdən danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap