header

 Türkiyə İranın təhlükəsizliyini dəstəklədi

Türkiyə prezidenti İran İslam Respublikası prezidenti ilə İranın bəzi şəhərləridəki son iğtişaşlar haqda telefonda söhbətləşib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində bəzi qərb və sionist mediaların region ölkələrində, o cümlədən Türkiyədə destabillik yaratmaq üzrə rolu haqda Ərdoğanın açıqlamasına toxunaraq deyib: İran polisinin məhdud iğtişaşlarda tədbirli iştirakı İslam Respublikasının öz təhlükəsizliyi və stabiliyinə tam inandığını əks etdirir.

İran İsla Respublikası prezidenti bildirib: Vətəndaşların iğtişaşçılar əleyhinə yürüşlərdə irimiqyaslı iştirakını nəzərə alaraq İran tam təhlükəsiz və stabil olacaqdır.

Ruhani əlavə edib: İran İslam Respublikasında vətəndaşlar qanun çərçivəsində öz tənqid və etirazlarını bəyan etməkdə sərbəstdirlər. Şübhəsiz hökumət üçün vətəndaşların təhlükəsizliyi və dincliyi əhəmiyyətli nüansdır. Bu çərçivədə sui-istifadəçilər tərəfindən qeyri-qanuni hərəkətlər və zorakılıqlar qarşısında sükut etməyəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İrandakı son hadisələrə, eləcə də bəzi qüdrətlərin Türkiyədə yaratdığı oxşar hadisələrə toxunaraq deyib: Türkiyə İranın təhlükəsizlik və stabilliyini öz təhlükəsizliyi və stabilliyindən ayırmır.

İranda iğtişaşlar haqda bəzi qərb kütləvi informasiya vasitələrinin funksiyaları, ABŞ və sionist rejim başçılarının açıqlamalarına münasibət bildirən Ərdoğan deyib: Biz qərb kütləvi informasiya vasitələrinin əleyhimizə təbliğatını görmüşük və Tramp və Netanyahu kimi müdaxiləkar şəxslərin açıqlamalarına öyrəşmişik.

Ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Lakin ABŞ və qərbin dəstəklədiyi iğtişaşçılar və təxribatçılar vətəndaşların dinc etirazlarını iğtişaşlara sürükləyiblər.

Türkiyə prezidenti İran İslam Respublikası prezidenti ilə İranın bəzi şəhərləridəki son iğtişaşlar haqda telefonda söhbətləşib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap