İran əhalisi hökumətə dəstək nümayiş etdirib - VİDEO
Posted on : iran 01/03/2018
İranda hökumətə dəstək olaraq yerli əhali paytaxt Tehran başda olmaqla, bir çox şəhərlərdə mərkəzi küçələrə axışıb.
FaktXəbər-in "FarsNews" agentliyinə istinadən verdiyi məlumata görə, on minlərlə insan İran hakimiyyətinə dəstək nümayiş etdirərək ölkədə qarışıqlıq yaratmaq istəyənlərə etiraz edib.
Yanvar ayının 3-nə təyin olunan dəstək nümayişi zamanı hökumətə dəstəkləyən kütlə ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər. Mitinqlər İranın bütün şəhərlərini əhatə edib.