header

 İrandakı etirazlar: Baş verənlər, açıqlamalar, statistik məlumatlar... ƏTRAFLI - FOTO, VİDEO

İrandakı etirazlar: Baş verənlər, açıqlamalar, statistik məlumatlar

Bir neçə gündür ki, qonşu İran İslam Respublikasında Məşhəd, Tehran, Yəzd kimi bəzi şəhərlərdə sosial tələblərlə bağlı aksiyalar keçirilir. Aksiyalar zamanı iki nəfərin öldüyü xəbəri də rəsmi qurumlar tərəfindən təsdiq edilib. Lorestanın rəsmi qurumları iki nəfərə qarşı silah istifadə etmədiklərini, aksiya zamanı təkfirçi qüvvələr və ya xarici kəşfiyyata bağlı casusların ölkədə çaxnaşma yaratmaq niyyətilə iki nəfəri qətlə yetirdiklərini bildirib. 

Əlbəttə sonradan, bu etirazların yönünü dövlət əleyhinə etirazlara çevirmək məqsədilə qüvvələr dəridən-qabığdan çıxmaqdadırlar. "Alarabiya", BBC fars və bu kimi onlarla tv və portallar, o cümlədən teleqram, instagram səhifələri köhnə illərə aid videoları paylaşaraq, insanları etirazlara səsləməkdədirlər.
BBC FARS-ın paylaşdığı video
Dövlət binalarına hücum, yanğın törədənlər polis tərəfindən həbs olunmaqdadırlar. Bu arada "Alarabiya" telekanalı Tehranda 200 nəfərin həbs olunduğunu iddia edir. İrandakı ən böyük müxalifətçi teleqram səhifələrinin İran tələbilə bağlanması, bir çox sosial şəbəkələrin blok edilməsi profliaktik tədbirlər və ixtişaşların böyüməməyi üçün nəzərdə tutulmuşdur. Teleqram səhifələrində açıq aşkar polislərə qarşı silah və molotof kokteylərindən istifadəyə çağırış, həmçinin kustar üsulla partlayıcı əldə edilməsini təlim edən videoların tez bir zamanda yayılması, İranın düşmənlərinin hazırlıqlı olmasını, yəni mütəşəkkil qruplaşmaların və bəzi qərb dövlətlərinin maraqlarına cavab verən şəxslərin bu iş üçün hazırlıq və təlim keçmələrinin göstəricisidir.
Dövlət isə bu məsələdə daha səbrli və ehtiyatlı davranmaqdadır. Etirazların azərbaycanlıların yaşadığı böyük şəhərlərdə müşahidə olunmaması isə etirazların alovlanmasında maraqlı olan qüvvələrin müvəffəq olmadığı digər məsələlərdəndir.
 
İranın Daxili İşlər Naziri Əbdürrza Rəhmani Fəzli  Tehranda vilayətlər üzrə ali şuranın beşinci dövrünün ilk iclasında və İranın bəzi şəhərlərindəki etirazlarla bağlı açıqlaması belə olub: "İşğalçı sionist rejimin, regiondakı mürtəce ölkələrin və Amerikanın himayə iddiaları və onların İrandakı bəzi iğtişaşlardan sevinmələri İrandakı bəzi hadisələrin səbəbindən xəbər verir. Heç bir vəchlə cəmiyyətin əmin-amansızlığa və zəifliyə düçar olmasına icazə verilməyəcəkdir. Düşmənlər İran xalqını tanımayıblar və mütləq tolerantlıq, tədbir və xalq tələblərinə cavab verməklə bütün işlər öz məcrasında qərar tapacaqdır. İctimai əmlakı dağıdan və nizam-intizamsızlıq törədən kəslər öz rəftarlarına görə cavab verməli və onun əvəzini ödəməlidirlər."
 
Tramp: "Dünya baxır"...
Məsələyə Trampın şəxsən qarışması isə İranlı dövlət adamlarının sərt təpkisilə nəticələnib. Tramp özünün tvitter səhifəsində “İranProtests” haştağı ilə yazdığı mesajda "Çoxları korrupsiyalaşmış rejimdən və milli sərvətlərin xaricdə terrorçuluğun maliyyələşdirilməsindən bezən İran vətəndaşları tərəfindən təşkil edilmiş dinc nümayişlər barədə xəbər verir. İran hökuməti öz xalqının hüquqlarına, o cümlədən öz iradəsini ifadə etməsinə imkan yaratmalıdır. Dünya baxır!”
 
İran: Tramp həyəcanlanma!

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hoseyn Əmir Əbdollahiyan Trampın açıqlamalarına tvitterdə cavab verib:  "İran xalqı islami quruluşun dini demokratiyası və milli təhlükəsizliyini Ağ Evin terrorçu və hiyləgər siyasətindən üstün tutur.

 Amerika prezidenti Donald Tramp həyəcanlanmasın, zira iğtişaşçıların hesabı xalqın məişət tələblərinin izlənilməsindən ayrıdır."

 

İran XİN sözcüsü etiraz etdi...

İran XİN sözcüsü də Trampın açıqlamasına cavab verib. Bəhram Qasimi açıqlamasında "Amerika rəsmilərinin dəyərsiz, təməlsiz və saxta qınayaraq, İran xalqının tamamilə Trampın Fələstin, Yəmən və Bəhreyn xalqının haqlarını tapdalanmasındakı aktiv rolunu, ABŞ prezidentinin İran vətəndaşlarına bu ölkə torpaqlarına səyahət qadağası və çox sayda İran vətəndaşını qanunsuz iddialarla həbs edilməsi kimi kinini unutmamışdır. Xalqımız, son günlərdə İranın bəzi şəhərlərində təşkil edilən etirazlara Trampın fürsətçi dəstəyinin ABŞ hökümətinin hiylə və ikiüzlülükdən başqa bir şey olmadığını bilmədədirlər."

 

 

 
İran prezidenti: Etiraz xalqın haqqıdır, ancaq...
İran prezidenti Həsən Ruhani də etirazlarla bağlı açıqlama yayıb. O açıqlamasında "İlk öncə bunu demək istəyirəm ki, azad bir millət olmamızı hamı bilməlidir. Konstutusiya və vətəndaşlıq hüququna görə, xalqımız etiraz və hətta aksiyalar keçirməkdə tamamilə azaddırlar. Fəqət etirazlar və aksiyalar ölkə və xalqın durumunu daha yaxşı vəziyyətlərə yol açacağı şəkildə olmasının gərəkliyini bilməliyik. Bu problemlərin bəzisinin həlli asan deyil, bunun üçün vaxt lazımdır və hökümət və millət bu problemləri həll etmək üçün birlikdə addım atmalıdırlar... ", -deyə qeyd edib.
 
 
"Xalqın Mücahidləri" adlı terror qruplaşması (red: İran Xalqın münafiqləri kimi qeyd edir) da İrandakı etirazlar öz dəstəyini verib. Belə ki, qruplaşmanın lideri Məryəm Racavi İranda etiraz dalğalarının böyüdülməsilə bağl sosial şəbəkələrdə video müraciət paylaşıb.
 
"Tasnim" İranın xəbər agentliyi isə etirazlara sosial şəbəkələrdə verilən dəstəklə bağlı geniş araşdırma aparıb. Xəbər agentliyinə görə, İngiltərə və Səudiyyə Ərəbistanı bu statistikada birinci yerdədir. Əlbəttə ki, yaxın qonşumuzda baş verən hadisələr bizi də narahat etməyə bilməz. Lakin düşünürük ki, İran xalqı bu məsələlərə düzgün qiymət verəcəkdir.
Hazırda etirazların böyük olmadığından bu aksiyaların böyük dəyişikliyə səbəb olmasını düşünmürük. Bəzən ölkəmizdə də, İrandakı maaşların az, komunal xərclərin çox baha olması ilə bağlı sosial şəbəkələrdə məlumatlara rast gəlirik. Bunu nəzərə alaraq oxucularımız üçün aydınlatma məqsədilə Türkiyə və İranda bəzi maaş, komunal xərclər və pensiyalarla bağlı müqayisəli məlumatları bölüşmək istəyirik:
 
İran və Türkiyə qiymətləri müqayisə:
 Əlbəttə ki, hər bir şəxs yaşadığı ölkədə aldığı məvacib, qazandığı pul müqabilində daha az istifadə edərək ailəsini dolandırmaq istəyir. İran İslam Respublikası isə uzun illər ucuzluq olduğundan insanlar rifah həyata alışıb və bahalaşmanı həzm etməyərək etiraz etmək qərarına gəliblər. Təbii ki, Türkiyə və İran arasında qiymətləri müqayisə etdikdə İranda dəfələrlə ucuz olmasını deyə bilərik. Düzdür İranda keyfiyyətli brend paltarlar (xüsusilə Türkiyədən gətirilən) Türkiyədən daha bahadır, lakin komunal xidmətləri müqayisə etdikdə böyük fərq görə bilərik. Məsələn 3 otaqlı evin qışda komunal xərcləri İranda orta hesabla aylıq - 10, 15 AZN qaz, işıq 10 AZN, su bir aya 7-10 AZN-yə başa gəlir.
Türkiyədə isə bir aylıq qaz qışda 130-200 AZN, işıq 50-65 AZN, su isə 30-50 AZN arası olur. İbtidai sinif müəlliminin maaşı İranda 925 AZN, Türkiyədə isə təqribən 1500 - 1600 AZN, Pensiya İranda 350 AZN, Türkiyədə 850 AZN, Polisin maaşı İranda 700 AZN, Türkiyədə təqribən 1500-1600 AZN-yə bərabərdir. Orta əmək haqqı İranda 700 AZN, Türkiyədə 750 AZN olduğu halda, diş həkiminin İranda maaşı 1500 AZN, Türkiyədə isə məzun olan ilk işə başlayan həkimlərin maaşı 1500 AZN-dən, daha təcrübəli həkimlərin 5 min manata qədər maaşları yüksəlir (özəl sektorda daha çoxdur).
(İstifadə olunan linklər 1 ,  234 )

 

Araşdırma İslamazeri.com-a məxsusdur..

İrandakı etirazlar: Baş verənlər, açıqlamalar, statistik məlumatlar
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap