Türkiyədə İŞİD-in baş üzvü həbs olunub
Posted on : Türkiyə 12/31/2017
Türkiyə polisi İŞİD-in baş üzvünün bu ölkənin cənub-şərqində tutulmasından xəbər verib.
Deyilənlərə görə, həbs olunmuş şəxs Suriyanın Riqqə vilayətində İŞİD-in məhkəmə üzrə məsul şəxsi olubdur.
Türkiyənin təhlükəsizlik qüvvələri digər bir əməliyyatda bu ölkənin şimal-qərbində yerləşən Bolu şəhərində İŞİD ilə əlaqəli olmaqda şübhəli bilinən iki İraq vətəndaşını həbs ediblər.
Türkiyə polisi ötən çərşənbə axşamı günü bildirdi ki, sentyabr ayının başlanmasından bəri İŞİD ilə əlaqəli olmaqda şübhəli bilinən 714 nəfəri İstanbulda həbs edibdir.
Türkiyənin müxtəlif şəhərləri, o sıradan Ankara və İstanbul dəfələrlə İŞİD ünsürlərinin partlayış hücumları səhnəsi olubdur ki, nəticədə 319 nəfər öldürülübdür.