header

 Ayətullah Xamenei ABŞ-ı ən zalım və ən korrupsioner rejim adlandırıb

"Allahın izni ilə, İran xalqı və islam quruluşu bütün sahələrdə ABŞ-ı məyus edəcək." - İranın Dini Lideri

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, dünən İran İslam İnqilabının Lideri İranın İslam Təbliğatı Koordinasiya Şurasının rəsmiləri və üzvləri ilə görüşdə ABŞ rejimini dünyanın ən zalım və ən korrupsioner rejimi adlandırıb.

Məlumata görə, Ayətullah Xamenei bu görüşdə İmam Həsən Əsgərinin (ə) səadətli mövludu münasibəti ilə təbrik edib və 1388-ci günəş ili 9 dey (30 dekabr 2009) xalq qəhrəmanlığının ildönümünü yad edərək deyib:  "ABŞ-ın İŞİD və təkfirçi terrorçuları dəstəkləməsi, Ali-Səud kimi zalım hökumət və diktaturalarla əlbir olması, hər gün Yəməndə insanları al-qana boyayan cinayətkarları və sionist cinayətkarları dəstəkləməsi ABŞ rejiminin alçaq və çürümüş mahiyyətini əks etdirən nümunələrdir."

ABŞ-a və bu ölkənin ədliyyə sisteminə hakim irqi ayrı-seçkiliyə münasibət bildirən İslam İnqilabının rəhbəri  "Bu problemlərlə, əsaslı nöqsanlarla, onlar başqa ölkələrin ədliyyə sistemləri, o cümlədən İranın dindar ədliyyə sistemini suçlayırlar.", -deyə əlavə edib.

Ayətullah Xamenei İranda siyasi, dini, etnik və dil ixtilafı yaratmaq üzrə ABŞ-ın mürəkkəb və çoxlu xərclərinin faydasız olduğunu və məğlubiyyətə uğradığını bildirib: "Allahın izni ilə, İran xalqı və islam quruluşu bütün sahələrdə ABŞ-ı məyus edəcək.".

İslam İnqilabının Böyük Rəhbəri İslam Respublikasının güclü qüvvə ilə inkişafını və dirçəlişini davam etdirdiyini bəyan edərək sözlərinə davam edib: "Bu inkişaf yolu ABŞ-ın hazırkı prezidentinin dövründə də davam edəcək və İslam Respublikasının meydandan çıxması və ya zəifləməsinə dair arzuları onların ürəyində qalacaqdır."

"Allahın izni ilə, İran xalqı və islam quruluşu bütün sahələrdə ABŞ-ı məyus edəcək." - İranın Dini Lideri
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-28-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap