header

 MÖMİNİN QƏLBİ PAK TORPAQ KİMİ...

Şoranlıq torpaqda nə əksən hədər, Ona düşən toxum çürüyüb gedər.

Allah-Taala Qurani-Kərimin “Əraf” surəsinin 57-58-ci ayəsində buyurur:

وَهُوَ الَّذِی یرْسِلُ الرِّیاحَ بُشْرًا بَینَ یدَی رَحْمَتِهِ حَتَّى إِذَا أَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنَاهُ لِبَلَدٍ مَیتٍ فَأَنْزَلْنَا بِهِ الْمَاءَ فَأَخْرَجْنَا بِهِ مِنْ كُلِّ الثَّمَرَاتِ كَذَلِكَ نُخْرِجُ الْمَوْتَى لَعَلَّكُمْ تَذَكَّرُونَ

“Küləkləri (yağış) rəhmətindən öncə müjdə olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir torpağa tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (torpaqdan) belə çıxaracağıq. (Bu misalı çəkdik ki,) bəlkə öyüd-nəsihət alasınız.”

وَالْبَلَدُ الطَّیبُ یخْرُجُ نَبَاتُهُ بِإِذْنِ رَبِّهِ وَالَّذِی خَبُثَ لَا یخْرُجُ إِلَّا نَكِدًا كَذَلِكَ نُصَرِّفُ الْآیاتِ لِقَوْمٍ یشْكُرُونَ

“Pak torpağın bitkisi Rəbbinin iznilə cücərər, xəbis torpaq isə, yalnız az və faydasız məhsul verər. Biz ayələrimizi şükür edən bir tayfa üçün bu sayaq çeşidli izah edirik.”

Birinci ayədə yağışın əlamətdarlıqlarından söz açılır:

1. Küləklər yağışdan öncəki müjdəçilərdir:

وَهُوَ الَّذِی یرْسِلُ الرِّیاحَ بُشْرًا بَینَ یدَی رَحْمَتِهِ...

“Küləkləri (yağış) rəhmətindən öncə müjdə olaraq göndərən Odur.”

2. Allahın iradəsi ilə küləklər dəniz və okeanlardan qalxaraq yağmuryüklü ağır buludları özü ilə aparır:

...حَتَّى إِذَا أَقَلَّتْ سَحَابًا ثِقَالًا...

“Küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirir və özü ilə aparır.”

3. Küləklər buludları quru və ölü torpaqlara tərəf qovur və beləcə, onları suvarır:

...سُقْنَاهُ لِبَلَدٍ مَیتٍ فَأَنْزَلْنَا بِهِ الْمَاءَ...

“Biz onları (buludları) ölü (qurumuş) bir torpağa tərəf qovur, ora yağmur endiririk.”

4. Suvarılan torpaqlar iki növdür və münbit torpaqlar yağmur nəticəsində hər cür bitki cücərdir və bar verir.

...فَأَخْرَجْنَا بِهِ مِنْ كُلِّ...

“Onun vasitəsi ilə hər növ meyvə cücərtdik və səmərəyə çatdırdıq.”

5. Ölü torpaqlar yağmur vasitəsilə yenidən canlanıb, yenidən dirildiyi kimi, insan da qiyamət günü Allahın iradəsi və istəyi ilə yenidən diriləcək:

...كَذَلِكَ نُخْرِجُ الْمَوْتَى لَعَلَّكُمْ تَذَكَّرُونَ

“Biz ölüləri də torpaqdan belə çıxaracağıq. Bəlkə, siz (torpağın ölümdən sonrakı həyatını görüb) anlayasınız.”

6. İnsanın səadəti üçün iki amil zəruridir:

1. Peşəkar müəllim;

2. Fərdin səlahiyyətli və ləyaqətli olması.

Səadət üçün yalnız birinci amil kifayət deyil və fərdin ləyaqəti də lazımdır. Peyğəmbərlər Əbu Cəhl və Əbu Süfyan kimilərin tərbiyəsindən acizdirlər. Bu həqiqəti ikinci ayə çox gözəl aşılayır:

وَالْبَلَدُ الطَّیبُ یخْرُجُ نَبَاتُهُ بِإِذْنِ رَبِّهِ وَالَّذِی خَبُثَ لَا یخْرُجُ إِلَّا نَكِدًا كَذَلِكَ نُصَرِّفُ الْآیاتِ لِقَوْمٍ یشْكُرُونَ

“Pak torpağın bitkisi Rəbbinin iznilə cücərər, xəbis torpaq isə, yalnız az və faydasız məhsul verər. Biz ayələrimizi şükür edən bir tayfa üçün bu sayaq çeşidli izah edirik.” (“Əraf” surəsi, ayə 57-58.)

MƏSƏLİN MAHİYYƏTİ

İkinci ayədə möminin qəlbi pak (münbit), kafirin qəlbi isə şoranlıq (ölü və quru) torpağa bənzədilir. Peyğəmbərlər və övliyaların kəlamları münbit torpaqlara təsir göstərən yağmur tək möminin qəlbinə həyat bəxş edir. Amma həmin sözlər sanki şoranlığa nazil olub, ona heç bir təsir göstərməyən yağmur kimi kafirin qəlbinə qətiyyən əsər qoymur. Şair necə də gözəl deyib:

 

Şoranlıq torpaqda nə əksən hədər,

Ona düşən toxum çürüyüb gedər.

 

Yağış bərəkətdir, amma ki, yenə

Bağda gül cücərdir, şoranda heç nə!

 

Əgər bu ayəyə daha geniş şəkildə nəzər salsaq, ondakı pak torpaq ifadəsindən pak ailə obrazını da anlamaq çətin deyil:

Paklıqdır gövhərin feyzinə səbəb,

Çirkabdakı daşdan yaranmaz sədəf.

İslamda evlənmə ilə bağlı kişi və qadınlara tövsiyə edilir ki, həyat yoldaşının seçimində paklıq, iffət və nəcibliyə xüsusi diqqət yetirsinlər. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Damar (genatanın əxlaq və rəftarını övlada köçürür.” (“Müstətrif”, 2-ci cild, səh.218.)

O həzrət həyat yoldaşın seçimi barədə buyurmuşdur: “Camaat, “xəzraud-dəmən”dən çəkinin! Soruşdular: “Ey Allahın Rəsulu, “xəzraud-dəmən” nədir?” Həzrət buyurdu: “Çirkin və tərbiyəsiz ailədə böyüyən gözəl qadın.” (“Biharul-ənvar”, 23-cü cild, səh. 54.)

İmam Əli (ə) Malik Əştərə məmur və işçilərin seçimi barədə belə məsləhət verir: “Məmur və icraçıları sınanılmışlardan, nəcib və ləyaqətli ailələrdən olan həyalılardan və dində öncül olanlardan istə (təyin et). Çünki onlar gözəl əxlaq və xasiyyətə, düzgün namus və şərəfə (özlərinə ar və bədnamlıq rəva bilməzlər), az tamaha və işlərin aqibətini düşünməkdə düzgün fikrə (uzaqgörənliyə) malikdirlər.” (“Nəhcül-bəlağə”, 53-cü məktub, imam Əlinin (ə) Malik Əştərə məktubu; “Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 15-ci məsəl, səh.65-67.)

(Maide.Az)

Şoranlıq torpaqda nə əksən hədər, Ona düşən toxum çürüyüb gedər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-27-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap