header

 İran Səud rejiminin Yəməndə törətdiyi son qırğınına etiraz etdi

"Bu vəhşicəsinə hücumlar dərhal dayandırılmalıdır."

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə hava hücumlarını və bu ölkə vətəndaşlarının bir çoxunun həlak olmasını pisləyib.

Bəhram Qasimi ötən gecə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın onlarla nəfərin həlak olması və yaralanması ilə nəticələnən Yəmənin cənub-qərb və qərb bölgələrinə hücumlarını pisləyib: "Bu vəhşicəsinə hücumlar dərhal dayandırılmalıdır. Yəməndə dəhşətli müharibənin başlanmasından keçən min gündən çox müddət ərzində Səudiyyə Ərəbistanı əməliyyat bölgələri və döyüş meydanlarında məğlubiyyətlə üzləşdiyi vaxt, müdafiəsiz vətəndaşları bombardman etməklə, günahsız uşaq və qadınalrı qırğın etməklə intiqam ardınca olduğunu əks etdirib." 

Çərşənbə axşamı günü Səudiyyə Ərəbistanının Yəmənin cənub-qərbində Təiz vilayətində bir bazara hücumu nəticəsində 100-dən çox yəmənli həlak olub və yaralanıb. Bu arada Səudiyyə qırıcılarının Yəmənin qərbində əl-Hüdəydə vilayətinə hücumu nəticəsində bir ailənin 14 üzvü, o cümlədən bir neçə uşaq və qadın həlak olub.

"Bu vəhşicəsinə hücumlar dərhal dayandırılmalıdır."
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-27-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap