header

 Ali-Səud sürətlə qəsbkar rejimlə əlaqələri adiləşdirməkdədir

Ali-Səud rejimi sürətlə qəsbkar rejimlə əlaqələrin açıq şəkildə adiləşdirilməsi istiqamətində addımlayır və beynəlxalq şahmat yarışlarında iştirak məqsədilə Ərəbistana daxil olmaları üçün sionist şahmatçılara vizanın verilməsilə razılaşması, Ərriyadın bu istiqamətdəki addımlarından biri sayılır.

Ərəbistan başçıları sionist rejimlə əlaqələrinin adiləşdirilməsi prosesini davam etdirməkdədirlər. Buna əsasən, beynəlxalq şahmat federasiyası Ərəbistanın bu həftə məhz bu ölkənin ev sahibliyi ilə keçiriləcək şahmat çempionatında iştirak üçün sionist şahmatçılara vizanın verilməsilə razılaşmasından xəbər verib. Beləliklə, ilk dəfədir ki, sionistlər açıq şəkildə Ərəbistana daxil olurlar.

Əlaləm telekanalının reportyoru Məryəm Nisar bir reportajda deyib: Ərəbistan Qüds məsələsinə tamamilə göz yumduqdan sonra sionist rejimlə əlaqələrini açıq şəkildə adiləşdirmək yolunda addım atır. Bu, o, deməkdir ki, Ərəbistanın vəliəhdi Muhəmməd bin Salman regionda sionistlərin birinci müttəfiqinə çevrilibdir. Londonda çıxan Qardian qəzeti Ərəbistan başçılarının bu həftə bu ölkənin ev sahibliyi ilə keçiriləcək şahmat üzrə dünya çempionatında iştirak üçün yeddi sionist şahmatçıya viza vermək qərarından xəbər verib. Qardian-ın yazdığına görə, Ərəbistan ilk dəfədir ki, idman yarışlarında iştirak edən qadınlardan hicaba malik olmalarını istəmir. 

Reportajın davamında deyilir: Ərəbistan başçıları sionist rejimlə əlaqələrin bu cür aşkar şəkildə adiləşdirilməsinə zəmin yaratmaq məqsədilə sionist rejimin başçıları ilə görüşləri və əlaqələrini davam etdirirlər və bu hərəkətlər son aylarda artmaqda olubdur.

İki tərəf arasındakı əlaqələr qarşılıqlı, amma gizli görüşlərlə başlandı ki, işğalçı rejimin nazirləri bu görüşlərin keçirilməsini üzə çıxardı və iki tərəfin kəşfiyyat həmkarlığını yüksək qiymətləndirdilər. Ondan sonra da Ərəbistan medialarında işğalçı rejimlə əlaqələrin adiləşdirilməsi üzrə xahişlər irəli sürüldü. Bəziləri isə daha irəli gedərək, vurğuladılar ki, işğal olunmuş ərazilər səud turistlərin ilk məqsədi olacaqdır. Onlar bundan əlavə, bir tərəfdən, yəhudilərin tarixindən danışmağa başladılar, digər tərəfdən də fələstinliləri kəskin tənqidlərə məruz qoydular. 

Reportyor sonra belə deyib: Sionist jurnalistin Məscidunnəbidə olması, Ərəbistanla sionist rejim arasında əlaqələrin açıq şəkildə adiləşdirilməsinin nişanələrindən biri, həmçinin Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyrin işğalçı rejimlə tam diplomatik əlaqələrin qurulması üçün elan etdiyi yol xəritəsidir.

Ali-Səud rejimi sürətlə qəsbkar rejimlə əlaqələrin açıq şəkildə adiləşdirilməsi istiqamətində addımlayır və beynəlxalq şahmat yarışlarında iştirak məqsədilə Ərəbistana daxil olmaları üçün sionist şahmatçılara vizanın verilməsilə razılaşması, Ərriyadın bu istiqamətdəki addımlarından biri sayılır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-25-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap