header

 Şəri-dini suallara cavablar - SUAL 83

Əgər bir şəxs bütün qüsllər əvəzində müəyyən bir qüslü (cənabət qüslü kimi) niyyət edərək yerinə yetirərsə, kifayət edərmi?

10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edirik: 
 
QÜSLÜN HÖKMLƏRİ

SUAL 83: Əgər bir şəxs bütün qüsllər əvəzində müəyyən bir qüslü (cənabət qüslü kimi) niyyət edərək yerinə yetirərsə, kifayət edərmi?

İmam Xomeyni, Ayətullah Xamenei, Ayətullah Safi və Ayətullah Məkarim Şirazi: “Əgər boynunda cənabət qüslü də olarsa və cənabət qüslü niyyəti ilə qüsl edərsə, digər qüslləri də əvəz edər, amma cənabət qüslündən başqası, vacib ehtiyata əsasən, başqa qüslləri əvəz etmir.”

Ayətullah Cavad Təbrizi, Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani və Ayətullah Vəhid Xorasani: “Hər hansı qüslü niyyət edərsə, digər qüslləri də əvəz edər.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 389; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 395; “Təliqat ələl-urvə”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, “Cənabət qüslünün müstəhəbləri” bölümü, məsələ 15.)

Ayətullah Behcət: “Əgər qüsllər arasında vacib qüsl varsa və onu niyyət edərsə, digər qüslləri əvəz edər, amma əgər müstəhəb qüslü niyyət edərsə, yalnız müstəhəb qüslləri əvəz edəcəkdir.”

(“Vəsilətun-nicat”, Ayətullah Behcət, 1-ci cild, məsələ 221.)


Maide.Az 

Əgər bir şəxs bütün qüsllər əvəzində müəyyən bir qüslü (cənabət qüslü kimi) niyyət edərək yerinə yetirərsə, kifayət edərmi?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-25-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap