header

 Ərdoğan BƏƏ-nin xarici işlər nazirini tənqid edib

Türkiyə prezidenti Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin osmanlı sultanlarına qarşı sözlərini tənqid edib.

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zaid Ali-Nəhyan bir neçə gün bundan öncə twitterdə yaydığı mesajda osmanlı sultanlarını ərəblərlə pis rəftar etməkdə və müqəddəs Mədinə şəhərindən əlyazmalarını oğurlamaqda ittiham etmişdi.

Ərdoğan bu gün Abdullah bin Zaid Ali-Nəhyanın adına birbaşa işarə etmədən Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirindən öz yerində oturmasını istəyibdir.

Ərdoğan bildirib ki, Fəxrəddin paşa 1916-cı ildən 1919-cu ilədək Mədinəyə hökmranlıq edib və bu şəhəri və onun xəzinələrini qoruyubdur. O, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinə üzünü tutaraq deyib: Bizə töhmət vuran sən ey yazıq kişi, o zaman sənin əcdadların harada idilər ki, islami irsləri qorumuş osunlar.

Türkiyənin Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrində gərginlik Ankaranın Dohaya dəstək verməsinə görə həmin ölkələrin Qətərlə diplomatik münaqişəsindən sonra son aylarda şiddətlənibdir.

Türkiyə prezidenti Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin osmanlı sultanlarına qarşı sözlərini tənqid edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-20-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap