header

 Zərif: Tehran, Bakı və Ankara ABŞ-ın qərarının rədd olunması barədə tam razılaşıblar

İranın xarici işlər naziri deyib: Amerikanın Qüdsi-Şərif barədəki qərarının rədd olunması İran, Azərbaycan R. və Türkiyənin üçtərəfli iclasının razılaşması mövzularından olub.

Məhəmməd Cavad Zərif bu gün İran, Azərbaycan Respublikası və Türkiyənin xarici işlər nazirlərinin beşinci üçtərəfli iclasının başa çatmasından sonra deyib: Üç ölkə BMT Baş Assambleyasının Qüds barədə sabah Nyu-Yorkda keçiriləcək fövqəladə sessiyasında vahid mövqe tutmalıdırlar.

BMT Baş Assambleyası sabah ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi tanımağa dair qərarı ilə müxalifətdə bir qətnamə layihəsi barədə səsvermə üçün fövqəladə sessiya keçirəcək. 

Bu sessiya Misirin verdiyi qətnamə layihəsinin Təhlükəsizlik Şurasında ABŞ tərəfindən veto edilməsinin ardınca və Türkiyə ilə Yəmənin xahişi ilə keçiriləcək.

Zərif həmçinin Astanada keçiriləcək Suriya sülh müzakirələri və İranın sabahdan keçiriləcək bu müzakirələrin səkkizinci dövründəki münasibəti barədə deyib: İran Astana müzakirələrində gərginliyin azaldılması cəhətlərinin gücləndirilməsi və keçmiş razılaşmaların icrasını izləməkdən əlavə, Soçi iclasının təşkilinə şərait yaratmağı da öz gündəmində yerləşdiribdir.

İranın xarici işlər naziri İran, Rusiya və Türkiyənin noyabr ayında keçirilmiş müzakirələrdə Suriyadan olan müxtəlif qrupların iştirakı ilə Soçi şəhərində xalq konfransının təşkili barədə razılığa gəlmələri haqda deyib: Soçidə xalq konfransının təşkili mühüm bir hərəkətdir ki, İran ona dəstək verir və bu, Suriya böhranı üçün siyasi həll yolunun tapılması ilə bağlı münasib bir istiqamətdir.

İranın xarici işlər naziri deyib: Amerikanın Qüdsi-Şərif barədəki qərarının rədd olunması İran, Azərbaycan R. və Türkiyənin üçtərəfli iclasının razılaşması mövzularından olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-20-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap